Ceyn Addams

Ceyn Addams (6 sentyabr, 1860 Cedarville, İllinoys, ABŞ- 21 may, 1935 Çikaqo, İllinoys, ABŞ) — Rəngli İnsanların İnkişafı Milli Assosiasiyasının, Amerika Vətəndaş Azadlıqları Birliyinin qurucu üzvü, Nobel Sülh Mükafatını alan ilk Amerikalı qadın.[3][4]

Ceyn Addams
Laura Jane Addams
Doğum adı Laura Jane Addams[1]
Doğum tarixi
Doğum yeri Cedarville, İllinoys, ABŞ
Vəfat tarixi (74 yaşında)
Vəfat yeri Çikaqo, İllinoys, ABŞ
Vəfat səbəbi xərçəng xəstəliyi[2]
Vətəndaşlığı Amerika
Elm sahələri Amerikalı islahatçı, ictimai filosof, siyasi fəal.
Təhsili Rockford Universiteti
Mükafatları Nobel mükafatı Nobel Sülh Mükafatı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ceyn Addams 1860-cı ildə ABŞ-nin İllinoys ştatının Cedarville şəhərində bölgənin zəngin ailələrindən biri olan Adamsların ailəsində dünyaya gəlib. 1935-ci il mayın 21-də əziyyət çəkdiyi xəstəlikdən vəfat etdi və ABŞ-nin Sedervilldəki qəbiristanlığında dəfn edildi.[3][4]

Ceyn Addams 1877-ci ildə Rokford qızlar üçün missioner məktəbinə daxil olur və 1881-ci ildə məktəbi əla qiymətlərlə bitirir. Bir il sonra isə bakalavr dərəcəsi alır.[4]

İctimai-siyasi və sosial fəaliyyət

[redaktə | mənbəni redaktə et]
  • 1910-cu ildə Addams Milli Sosial İş Konfransının ilk qadın prezidenti olub;[5]
  • 1911-ci ildən 1914-cü ilədək Qadınların Seçki Hüququ Uğrunda Amerika Assosiasiyasının vitse-prezidenti olub;
  • 1915-ci ildə Dünya Qadınlar Partiyasının sədri olub;
  • 1919-cu ildə sülh və azadlıq uğrunda təsis edilmiş Beynəlxalq Qadın Liqasının ilk prezidenti olub;
  • 1931-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb;
  • "Settlement House Movement"-in təsisçisi olub
  • Amerika sosial reformizminin ilk xadimlərindən biri olub.[3][4]

"Hull House"nin yaradıcısı

[redaktə | mənbəni redaktə et]

1883-cü ildə Ceyn Addams dostu Elen Qeyts Starrla birgə Avropaya gedir. İngiltərədə olan zaman sosial sahədəki problemlər onun diqqətini daha çox çəkir. Beləliklə, o, müşahidə etdiyi hadisələri qələmə almağa başlayır.

Ceyn Adams rəfiqəsi Ellen Qeyts Starrla Londonun East-End məhəlləsində Oksford universitetinin bir qrup tələbələrinin xidmət göstərdiyi "Toynbi-holl" sığınacağına baş çəkirlər. Onların işindən çox təsirlənərək, Adams və Starr ABŞ-yə qayıdırlar və hər ikisi "həyatı həyatın özündən öyrənmək mümkün ola biləcək" yer tapmağa qərarı verərək, bu fikri reallaşdırmağa başlayırlar. Axtarışlar onları yoxsulların, kasıb mühacirlərin məskunlaşdığı bölgəyə – Çikaqonun 19-cu məhəlləsinə gətirib çıxarır. 1889-cu ilin sentyabr ayında rəfiqələr Çarlz Hullın evinə köçürlər və orada gələcəyin bir çox görkəmli islahatçılarının diqqətini çəkən eksperiment təşkil edirlər. Rəfiqəsi Ellen Starrla birlikdə Ceyn Addams 1889-cu ildə Çikaqonun ucqar yerlərindən birində "Hull Haus"u ("Hull House") təsis edirlər. Bir neçə il ərzində Çikaqoda "Hull-House"da rəfiqəsi E.Starrla bərabər uşaq bağçası, kitabxana, gimnastika zalı, nəşr işləri emalatxanası, kommunal mətbəx, bədii studiya, əmək muzeyi, gənc işçi qadınlar üçün yataqxanalı məktəb qururlar. Burada onlarca klub, rəqs qrupları, musiqi məktəbi və hətta aktyor truppası yerləşirdi. Məhəllə sakinləri burada ingilis dili, kulinariya, dərzilik və ədəbiyyat dərsləri ala bilərdilər. Xarabalıqların minlərlə sakini müxtəlif zamanlarda "Hull-House"a baş çəkirdilər.[4]

Bu gün "Hull Haus", Jane Addams'a və təhsil və sosial inkişaf üçün birlikdə çalışan qadınlara həsr olunmuş bir muzeyə çevrildi.[5]

I Dünya Müharibəsində

[redaktə | mənbəni redaktə et]

Pasifist olan Ceyn Addams Birinci Dünya Müharibəsi zamanı barışın tərəfdarı idi. ABŞ-nin müharibəyə girməsinə qarşı çıxdı və iki sülh təşkilatına — Qadın Sülh Partiyası (rəhbərlik etdiyi) və Beynəlxalq Qadınlar Konqresinə qoşuldu.

Bu təşkilatların ən yaxşı səylərinə baxmayaraq, ABŞ 1917-ci ilin aprelində müharibəyə girdi.

Addams müharibə əleyhinə mövqeyinə görə çoxları tərəfindən təhqir edildi. Bəziləri onu xain kimi görürdülər. Müharibədən sonra Addams Beynəlxalq Qadınlar Konqresinin üzvləri ilə birlikdə Avropanı gəzdi. Qadınlar şahidi olduqlarından dəhşətə gəldilər və gördükləri çoxlu ac uşaqlardan xüsusilə təsirləndilər.

Addams və onun qrupu, ac qalan alman uşaqlarının hər hansı bir uşaq kimi kömək edilməsinə layiq olduqlarını təklif etdikdə, düşmənə rəğbət bəsləməkdə ittiham edildi.[3]

Nəzəri və fəlsəfi inkişafı

[redaktə | mənbəni redaktə et]

Ceyn Addamsın 1902-ci ildə yazdığı "Demokratiya və İctimai əxlaq" (Democracy and Social Ethics) əsəri bu gün də öz aktuallığını qoruyub saxlayır. 1910-cu ildə yazdığı "Hull House-da iyirmi il" əsərində isə Ceyn Addamsın bəşəriyyətə və insanlığa xidmət edən fədakar ömür yolunu görmək olur.[4]

Ceyn Addamsın əsərləri, "Hull Haus"-dakı təcrübələrindən nümunələrlə doludur, mühacir əhalinin xalq nağıllarından və fahişəlikdən zibil yığımına qədər qeyri-adi mövzulara toxunur.

Ceyn Addams 11 kitab və 500-dən çox məqalə nəşr etdirdi ki, burada da əvvəlcə formalaşdığı Şimali Amerika praqmatik ənənəsini əhəmiyyətli dərəcədə problemləşdirdi.[5]

  1. nobelprize.org (ing.). Nobel Foundation.
  2. Ogilvie M. B. The Biographical Dictionary of Women in Science (ing.): Pioneering Lives From Ancient Times to the Mid-20th Century. Routledge, 2003. P. 9–10. 798 p. ISBN 978-1-135-96342-2
  3. 1 2 3 4 "Arxivlənmiş surət". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-19.
  4. 1 2 3 4 5 6 "Arxivlənmiş surət". 2021-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-19.
  5. 1 2 3 "Arxivlənmiş surət". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-19.