Cəzmi Basqın (tam adı: türk. Cezmi Baskın; 11 mart 1949, İstanbul) — Türk aktyor və rejissoru. Daha çox "Akasiya dayanacağı" teleserialında olan "Safiyə-Osman" rivması ilə tanınmışdır.[1]
Cezmi Basqın | |
---|---|
Doğum tarixi | 11 mart 1949 (75 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor |
IMDb | ID0059941 |
Vikianbarda əlaqəli mediafayllar |
Cəzmi Basqın teatra Bakırköy Xalq Evində həvəskar olaraq başladı. Daha sonra həmin teatrda praktikant aktyor olaraq çalışdı. İstanbul İqtisadiyyat və İdarəetmə fakültəsində təhsilini bitirən Cəzmi Basqın, Ayla Alqan və Beklan Alqanın təlimatçı olduğu DMM Dil və Mədəniyyət Mərkəzində teatr təhsili aldı. Bir müddət "qrup oyunçularında" çalışan aktyor, Ankara İncəsənənət Teatrı və Dövlət Teatrında da çalışdı. Ankara Sənət Teatrına məcburi şəhər dəyişikliyi və hərbi xidmət xaricində uzun müddət xidmət etdi. Bu teatrda gənc oyunçuların yetişdirilməsi üçün təlimatçı olaraq iştirak etdi.
O, İzmir Dövlət Teatrında iki mövsüm oynadı, ancaq Ankara İncəsənət Teatrına döndü. TRT-də dram rollarında oynadı və bəzi dublyaj işlərini etdi. Film, televiziya seriyası və teatr sənətlərini yan-yana qoyan Basqın, "Ankara Teatrı" və "Göyqurşağı oyunçularında" çoxsaylı əsərlər və gənclik oyunları nümayiş etdirdi.
Xaricdə müşahidə və araşdırma səfərləri etdi. Təcrübələrini orada olanlara Türk təlimatçı olaraq çatdırmağa çalışdı.