Charley ATL (tələffüzü: Çarli ATL) — 1987-ci ildə yaranmış Azərbaycan rok qrupu. Yaradıcılıq dövrü boyu proqressiv art-rok janrında ifa edib.
Charley ATL | |
---|---|
Əsas məlumatlar | |
Üslub |
proqressiv rok art-rok |
Fəaliyyət illəri | 1987—1995 |
Ölkə |
SSRİ Azərbaycan |
Heyət |
Gündüz Bakılı (Süleymanov) Stas Kalaşnikov İsgəndər Ələskərov Pavel Bulakov Genadiy Kasımov Eduard Ten Andron Vahid Mustafayev Rafiq Vəlimetov Vadim Koçerev |
Qrup öz yaradıcılığında Kinq Krimson , Centl Cayant, Raş, Frank Zappa və başqaları kimi belə artistlərin təsirini hiss etdi. Bundan başqa, Charley ATL Azərbaycanda, heç nə ilə müqayisə olunmayan, öz ciddi poetik stilini hazırlayan ilk rok qrupa çevrildi. Çalğı aləti kimi qrup öz musiqilərində Tar alətindən də istifadə etmişdi. Təəssüf ki, qrup yalnız "Hind kinosunun qurbanlarına həsr olunur.." (1990) adlı bir albom çıxara bildi.
Bu alboma «Şah İsmayıl», «Körpə», «Energy», «Anqola camaatı», «Sakitlik-məhəbbət», «Good morning children», «Nara-Nara», «Freyd dünyası» və başqa mahnılar daxil idi. 1991-ci ildə qrupun keçmiş iştirakçılarından biri Vahid Mustafayev Zaqafqaziyada ANS adlı ilk müstəqil teleradio şirkətini əsasını qoydu. Qrupun demək olar ki, bütün musiqiçiləri studiyanın işçisi oldular. Studiya 1994-cü ildən 1998-ci ilə qədər səsyazma studiyalarının arasında lokal bazarda lider idi. Taleyin ironiyası ilə, qrup bu illərdə son vaxtlarını yaşayırdı. 1995-ci ildə «Charley ATL» qrupu öz yaradıcılıq mövcudluğunu bitirdi.
2017-ci ildə qrupun keçmiş üzvləri yenidən birləşərək "Gözəl Çöllər" mahnısını yenidən aranjman edərək klip çəkdilər.[1]
Gündüz Bakılı (Süleymanov) — (Vokal-ritm-gitara)
Stas Kalaşnikov - bas gitara
İsgəndər Ələskərov – zərb alətləri
Pavel Bulakov - proqramlaşdırma, klavişlər
Genadiy Kasımov - zərb alətləri
Eduard Ten - gitara (1994-cü ildə faciəvi həlak olub)
Andron - bas
Vahid Mustafayev - saksofon
Rafiq Vəlimetov - gitara
Vadim Koçerev - saksofon
Sıra | Mahnının adı | Müddət |
---|---|---|
1 | Freyd dünyası | 04:05 |
2 | Göyçaylı | 04:54 |
3 | Gözəl çöllər | 06:10 |
4 | Şah İsmayıl | 04:20 |
5 | Anqola camaatı | 06:40 |
6 | Good Morning Children | 03:31 |
7 | Körpə | 05:17 |
8 | Vətənpərvər Əlisəfər | 03:31 |
9 | Dülgər ağa | 06:14 |