Chettusia gregaria

Çığırğan cüllüt (lat. Vanellus gregarius) — Çovdarçılar fəsiləsinin Bibikinə cinsinə aid quş növü.

Çığırğan cüllüt
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Çığırğan cüllüt
Beynəlxalq elmi adı

Nadirdir.

(CR). Mənfi antropogen təsirlərdən sayı kəskin azalıb. Kritik vəziyyətdədir.

Əsas rəngi qonur-bozdur. Ayaqları və dimdiyi qaradır. Quyruğu ağdır, lakin ucu qaradır. Bel tərəfi qonur–boz, boynu və çinədanı tüstü kimi boz, döşü qara, qarnı kürəndir [3].

Avropa, Asiya və Afrikada yayılıb [4]. Azərbaycanda Kür-Araz və Lənkəran ovalıqlarında, Abşeron-Qobustanda [5][6][7][8][9], Naxçıvan MR-də Araz və Əlincəçay sahillərində rast gəlinir [10].

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Çaylara, göllərə və subasarlara yaxın yarımsəhra və bozqırlar əsas yaşayış yerləridir. Gündüz fəal olur. Qeyri-müntəzəm qışlayan və miqrasiya dövründə müvəqqəti məskunlaşan növdür. Cücü və bitki yeyir [11][12].

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Yaşayış yerlərinin meyvə-tərəvəz və texniki bitkilər altında istifadəsi və böyük sayda mal-qara otarılması bu quşu da sıxışdırır.

Qorunması üçün qəbul edilmiş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Ovlanması qadağandır. Qızılağac Dövlət Təbiət Qoruğu, Abşeron, Şirvan və Ordubad Milli Parkları, Dövlət Təbiət Yasaqlıqlarında optimal şəraiti var. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına, Azərbaycanın (1989) və Naxçıvan Muxtar Respublikasının (2007) Qırmızı kitablarına, Ramsar, Bern və Bonn konvensiyalarına, AEWA sazişinə daxil edilib.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Növün qorunmasının maarifçiliyi gücləndirilməlidir.

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 82;
  4. Винокуров А.А. Редкие и исчезающие животные. Птицы. М. Высшая школа, 1992, с. 206-207;
  5. Тугаринов А.Д., Козлова Е.В. Зимовка птиц в Талыше // Тр. Аз. ФАН ССР, Зоол. серия., т. XXXIV, 1935, с. 43;
  6. Гамбаров К.М. Материалы по птицам Абшеронского полуострова // Уч. зап. АГУ им. С.М. Кирова, сер. биол. наук. 1958, № 1, с. 69;
  7. Tuayev D.Q. Azərbaycan quşlarının kataloqu. Bakı, “Elm”, 2000, s. 81;
  8. Babayev İ.R. Şəxsi gündəliyindən. 2003;
  9. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 82;
  10. Talıbov T.H. Çığırqan çöküküburun–Chettusia gregaria Pall. // Naxçıvan Muxtar Respublikasının Qırmızı kitabı. Cild 1. Naxçıvan, “Əcəmi”, 2006, s. 119-120.
  11. Tuayev D.Q. Azərbaycan quşlarının kataloqu. Bakı, “Elm”, 2000, s. 81;
  12. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 82;