Children of Bodom - Finlandiyadan olan melodic death metal qrupu.
Children of Bodom | |
---|---|
Children of Bodom | |
| |
Əsas məlumatlar | |
Üslub | melodic death metal |
Fəaliyyət illəri | 1993—h.h. |
Ölkə | Finlandiya |
Şəhər | Espoo |
Leybl | Nuclear Blast, Spinefarm, Century Media, Fearless |
Heyət |
Aleksi Layho Yaska Raatikaynen Henkka Seppələ Yanne Virman Daniel Freyberg |
Keçmiş üzvlər |
Samuli Miettinen Aleksandr Kuoppala Yani Pirişoki Roope Latvala |
Əlaqəli layihələr | Norther, Sinergy, Kylähullut, Warmen, Stone, Timo Rautiainen, Impaled Nazarene |
cobhc.com | |
Vikianbarda əlaqəli mediafayllar |
1993-ci ildə Aleksi Laiho və Jaska Raatikainen adlı iki dost tərəfindən Espoo, Finlandiyada yaradılıb. Əvvəlcə qrup Inearthed adlanırdı. Daha sonra qrupun adı dəyişilərək Children of Bodom olaraq dəyişdirildi. Bu adın meydana gəlməsinin səbəbi isə, 1960-cı ildə Helsinkiyə 20 km uzaqlıqdakı Bodom gölündə silahlı bir manyak tərəfindən, təcavüzə məruz qalan dörd Fin gəncinin qətlinnən gəlirdi. Onların ilk debüt albomları 1998-ci ildə "Something Wild" işıq üzü gördükdən sonra, qrup Avropada konsertlər də çıxış etməkdən ötrü, dünyaca məşhur Nuclear Blast albom şirkəti ilə müqavilə imzaladılar. Bu imzanın ardından onlar, öz adlarını daşıyan sinql çıxartdılar. Bu sinql həftələrcə boyu reytinqlər də bir nömrə olaraq qaldı, buda onların məşhurlaşmağına şərait yaratdı.
Daha sonra hər şey daha da sürətlənməyə başladı. 1998-ci ilin Fevralında Hypochrisy, Benediction və Covenant kimi qruplarla çıxdıqları ilk Nuclear Blast qastrolu uğurla həyata keçirildi. Daha sonra onlar özlərinin ikinci albomları olan "Hatebreeder" 1999-cu ildə çıxarıldıqdan sonra, qrup Yaponiya konsertə yollandı. Orada iki möhtəşəm konsert verildi, bilet satışı üzrə tükəmişdi. Daha sonra bu iki konsertin CD-Box-ları çıxardılaraq, satılmağa başladıldı.
2000-ci ilin May ayında onlar yenidən "Hate Me" adlı sinql çıxartdılar. Bu sinqlda, ilk sinqlları olan "Children of Bodom" kimi reytinq siyahısın da zirvəni ələ keçirtdi. Həmən ilin İyul ayında onlar ABŞ-yə səfər edərək, 14.Milwaukee Metal Festival-ında çıxış etdilər. Daha sonra Oktyabrda isə "Follow the Reaper" albom