Chrysopelea paradisi

Uçan ilan (lat. Chrysopelea paradisi) —

Uçan ilan
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Uçan ilan
Beynəlxalq elmi adı

Asiya torpaqlarında yaşayan Chrysopelea paradisi növünə aid olan ilanlar uçuş prosesi reallaşdırırlar. 20 ilə 40 metrlik bir məsafəni havada qət edirlər. Çikaqo Universitetinin bioloqlarından Jake Sohca Sinqapurdakı bir zooparkda bu cür ilanlar üzərində 6 il davam edən tədqiqat aparıb. Yetkinlərinin uzunluğu 1 metrə çatan bu uçan ilanların havada uça bilmək qabiliyyətlərinin aerodinamikası haqqında əvvəllər heç bir şey bilinmirdi. Quşlardan başqa, sincab siçovul və kərtənkələ kimi bəzi quru canlıların və bəzi balıqların qısa da olsa müəyyən məsafələri uçaraq, yəni havada süzərək yol qət etdikləri bilinir. Bu canlıların uçuşları həqiqətən çox heyrətləndiricidir. Ancaq Chrysopelea ilanının uçuşu daha fərqlidir. Bu uçuşu digər bütün uçuşlardan üstün edən cəhət bu akrobatik ilanın havada süzərkən istifadə edəcəyi qanad, pərdəli pəncə və s. kimi heç bir uzantısının olmamasıdır.

Socha bu heyrətverici vəziyyəti bu açıqlamışdır: "İstər təbiətdə yaşayan bir canlı olsun, istərsə insanın istehsal etdiyi bir maşın olsun, bu ilan kimi uça bilən heç bir şey yoxdur, çünki irəliyə gedərkən eyni zamanda fərqli bir yönə də hərəkət edir". (Nature 418, 603-604 ,8 avqust 2002)

Bəs heç bir uzantısı və ya çıxıntısı olmayan uzun bir s havada necə asılı qalaraq hərəkət edə bilir? Necə olur ki, getmək istədiyi yönə doğru manevr etməyi bacarır? Necə havada edəcəyi bir hərəkət nəticəsində mövqeyini itirib yerə düşmür?

Bu sualların cavabını araşdıran Jake Sohca "qanadsız" ilanların sirrini digital kameralar və peyk fotoşəkillərini qiymətləndirmədə istifadə edilən bir kompüter proqramı sayəsində ortaya çıxardı və işinin detallarını İngiltərənin məşhur elm jurnalı olan “Nature”da nəşr etdi. Jurnalın 8 avqust 2002-ci sayında "Chrysopelea Paradisi İlanlarının Süzülərək Uçuşunun Kinematikası" başlıqlı məqalədə qeyd olunanlara görə, ilan bu xüsusi uçuşu bu şəkildə reallaşdırır: İlan qalxmazdan əvvəl budaqdan aşağıya sallanır. Bu anda bədəni J-şəkilli bir görünüşdə olur. Birdən yuxarıya doğru hərəkətlənən ilan bu şəkildə budaqdan özünü qurtarmış olur. Bədənini dümdüz hala gətirməklə yanaşı, başından arxasına qədər bütün bədənini yastılaşdırır. Bu yastılaşma kobra ilanlarının peysər hissələrindəki yastılaşmaya bənzəyir. Bu şəkildə ilanın bədən genişliyi təxminən iki dəfə artır.

İlan sürətləndikcə başını və shucunu ortaya doğru qaldırır və bir tərəfdən digərinə geniş bir S şəklində dalğalanır. İlanın bu hərəkəti masa üzərindəki bir qamçının bir ucdan digər uca dalğalanmasına bənzəyir.

Bu ilanın necə manevr etdiyi sualına Socha "uçan canlıların çoxu söykənmə texnikası istifadə edirlər. İlan isə uçma prosesini bir tərəfdən digərinə doğru dalğalanaraq reallaşdırır" cavabını vermişdir. Quşlarda və ya uçan sincablarda havada edilən manevrlər canlının bədənini müəyyən bir tərəfə yatırtması sayəsində reallaşır. İlan isə sola söykənsə də, sağa söykənsə də eyni silindirik quruluşunu qoruyacağından bu bir fayda vermir. Halbuki, manevrdə dalğalanma texnikasını istifadə edən ilan havada çox çevikdir. Chrysopelea paradisi ilanının manevr qabiliyyəti o qədər üstündür ki, havada istiqamətini bir anda 90 dərəcəyə qədər dəyişdirə bilir. Həmin araşdırmada ilanın ağaca çarpılmamaq üçün havada asanlıqla istiqamət dəyişdirə bildiyi müşahidə edilmişdir.

Kosmik gəmidən üfüqi istiqamətdə hərəkət edən pilot üçün qısa qalxmada göstərəcəyi bacarıq çox vacibdir. Əgər pilot kifayət qədər sürətlənə bilməsə və təyyarənin burnu ilə qanadlarındakı klapanları nizamlaya bilməsə, dərhal suya düşəcək. İlanın uçuşa qalxması da buna bənzərdir. İlanın qalxma anında özünü sürətlə irəliyə itələməsi saniyənin onda birindən az bir müddətdə reallaşır. Məhz bu qısa müddətdə bədənin də dərhal yastılaşması lazımdır. Əks halda dərhal yerə düşəcək. Bu hərəkətin biomexanikası, yəni bədən parçalarının bir-birləri ilə hansı qanunlar sayəsində çalışıb hərəkət meydana gətirə bildiklərinin detalları isə alimlər üçün hələ də naməlumdur.

İlanın havada olduğu anda bir qrup əzələ yastılaşmağı təmin edərkən başqa bir qrup əzələ havadakı S şəkilli dalğalanma hərəkətinə nəzarət edir. Bu iki əzələ qrupunun uyğun şəkildə sıxılması ilan üçün həyati əhəmiyyət daşıyır. Bu əzələlərin sıxılmasını təmin edən faktor isə sinir hüceyrələrindən gələn siqnallardır. Sinir hüceyrələrindən bu əzələlərə hər an çox sayda əmr çatdırılır. Bu əmrlərin hər birində, məsələn, saniyədə yüz əmr alan bir əzələnin aldığı 100 əmrdə də sıxılma şiddəti ehtiyaca görə anbaan hesablanaraq ötürülür. Ancaq ilanın sinir hüceyrələrindən əzələlərinə tək istiqamətli xəbərləşmə kifayət etmir. İlanın əzələlərindən alınan əmr istiqamətində sinir hüceyrələrinə xəbər verilərək möcüzəvi bir idarə mexanizmi təmin edilmiş olur.

On minlərlə sinir və əzələ hüceyrəsi arasında dayanmadan davam etdirilən bu mexanizm olmasaydı, ilanın bəzi əzələləri sıxıldığı halda bəzi hissələri sıxılmayacaq, nəticədə ilan sürətlə yerə düşəcəkdi. Socha 6 il boyu Sinqapur zooparkındakı 10 metrlik bir qüllədən (3 mərtəbəli bir bina yüksəkliyi) tullanan ilanları müşahidə etmiş, tək bir ilanın belə yaralanmadığını bildirmişdir. Şübhəsiz ki, ilanların belə uzun bir məsafəni heç yaralanmadan uça bilmələri bədənlərindəki bu fövqəladə əzələ quruluşundan qaynaqlanır.