Ciddi rejimli tətil

Ciddi rejimli tətil (rus: Каникулы строгого режима, Rom: Kanikuly strogogo rejima) — rejissor İqor Zaytsev tərəfindən 2009-cu ildə Rusiyada çəkilmiş macəra komediya filmidir[2][3].

Ciddi rejimli tətil
rus. Каникулы строгого режима
Janr macəra filmi
Baş rollarda
İlk baxış tarixi 25 avqust 2009[1]
Müddət 113 dəq.
Ölkə
Dil rus dili
Rəng rəngli
IMDb ID1438463

Süjet xətti[redaktə | mənbəni redaktə et]

Film taleyin iradəsi ilə pioner düşərgəsində dəstə başçısı çalışan iki orta yaşlı insandan Koltsov və Sumarokovdan bəhs edir. Onların ora düşməsi təsadüfi deyil. Peşəkar və hörmətli DİN əməkdaşı, iki dəfə Çeçenistanda xidmət keçmiş Koltsov ehtiyatsızlıqdan öz iş yoldaşını qətlə yetirir. Mərhumun qohumlarının təkidi ilə “qara” zonaya düşür. Həbsxanaya düşməsi nə rəhbər elitanın, nə də zeklərin ürəyincədir. Burada məhbus Sumarokovla tanış olur. Koloniya əməkdaşı Qaqarinin köməyilə həbsxanadan qaçan qaçaqlar indi pioner düşərgəsində gizlənmək məcburiyyətindədirlər.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Freebase Data Dumps. Google.
  2. "Каникулы строгого режима". Channel One Russia. 2022-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-18.
  3. "Безруков сменил имидж и заговорил на фене". Rosbalt. 2022-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-18.