Ciloan Hamad (isv. Jiloan Hamad; 6 noyabr 1990[1][2], Bakı) — İsveç millisinin və "Hammarbü" FK-nın futbolçusu.
Ciloan Hamad | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 6 noyabr 1990[1][2] (32 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 170 sm |
Çəkisi | 66 kq |
Vikianbarda əlaqəli mediafayllar |
Milliyyətcə kürd olan Ciloan Hamad 6 noyabr 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur[3]. Onun ailəsi Bakıya İraqın Ranya şəhərindən gəlmişdir[4][5]. Onun atası Mohammed Hamad, 15 il idi ki, kürd peşmərgəsində döyüşürdü; həyat yoldaşı və uşaqları ilə birlikdə İraqdan qaçmışdır. Ailəsi sonra Türkmənistanda, daha sonra isə Rusiyada qaçqın statusu almışdır. 1992-ci ildə iki yaşındaykən qaçqın kimi İsveçdə məskunlaşmışlar[6].