Citrus medica

Sitron (lat. Citrus medica)

Sitron
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Qədimdən bəri bu növ Qərbi Hindistanda, Qərbi Asiyada və Aralıq dənizi ölkələrində geniş becərilir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 3 m-dək olan kol və ya kiçik ağacdır. Zoğları və budaqları çılpaq, qoltuqlarda yerləşmiş, 3–5 sm uzunluğunda, tikanlıdır. Yarpaqları iri, uzunsov-oval, möhkəm, qısa saplaqlıdır. Böyüyən zoğların yuxarı yarpaqları al-qırmızı rəngli, yaşlı zoğları tünd yaşıldır. Çiçəkləri ağ, qırmızımtıl çalarlıdır, iri, tək və ya çiçək qruplarında yerləşir, ikicinslidir. Sitrus cinsinə daxil olan növlərdən meyvələrinin iri olmasına görə seçilir. Meyvələrinin uzunluğu 12–40 sm, diametri 8–28 sm-dir. Uzunsov, limon kimi sarı, bəzən narıncı rəngli, qalın (2,5–5 sm) qabıqlıdır.

−3, −40C temperaturda məhv olur.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Lənkəran-Astara bölgəsində becərilir.

Meyvələri turş və ya turşa-şirin, bir az acıtəhərdir, azca sulu ləti tər halda qidada istifadə edilmir. Meyvənin lətində 5%-dək limon turşusu, 2,5%-dək şəkər (saxaroza-0,7%), qabığında 0,2%-dək efir yağı vardır. Yağın tərkibinə limonun, dipenten, sitral daxildir.

  • "Azərbaycan dendroflorasi" V cild, Baki, "Elm", 2019, 370 səh.