Ciyər kababı – Azərbaycan və Türkiyə mətbəxində ciyərdən hazırlanan kabab növü.
Ciyər kəbabı həm şişdə,[1] həm də boşqabda[2] servis edilə bilər. Türkiyənin hansısa bölgəsi üçün spesifik xörək deyil, lakin Qaziantep və Diyarbəkir şəhərlərində daha çox bişirilir.[3][4][5][6] Qaziantepdə ciyər kababı lavaşda servis edilir, üzərinə nanə, bibər əlavə olunur. Diyarbəkirdə səhər yeməyi hesab olunur.[7]
Ciyər kababının hazırlanmasında qoyun qaraciyərindən, sumaqdan və duzdan istifadə olunur.
Qaraciyər pərdələrdən azad edilib kub formalı tikəciklərə, eyni zamanda da qoyun quyruğu tikəciklərə doğranır, növbə ilə şişə taxılır. Manqalda qızartmazdan əvvəl kababa duzlu su səpilir. Hazır olduqda bunun yanında süfrəyə göyərti və sumaq verilir.