Cladochaeta velutina

Cladochaeta candidissima (lat. Cladochaeta candidissima) və ya Pаrlаq klеdохеtаastraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinin cladochaeta cinsinə aid yeganə bitki növü.

{{{latin}}}
Elmi təsnifat
Beynəlxalq elmi adı
Sinonim
  • Cladochaeta velutina Anderb.
  • Gnaphalium candidissimum M.Bieb.
  • Helichrysum candidissimum Loudon[1]

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Çoxillik, (4) 15-40 sm hündürlükdə, ağ, parıldayan sıxılmış keçətüklü bitkidir. Çoxsaylı gövdələri sıx yarpaqlanmışdır, aşağı hissədə sərilmişdir. Yarpaqları 7-10 mm uzunda, bir qədər ətli, oturaq, uzunsov kürəkvaridir. Səbətləri tərskonusvari, qalxanvari şəklində sıx yığılmışdır. Sarğının yarpaqcıqları ağ keçəvari, sarıtəhər rəngdədir. Çiçəkləri sarı rənglidir. Toxumcaları 2 mm uzunda, dar uzunsov, mixəyi, çılpaqdır; kəkili ağ, toxumcadan 3 dəfə uzundur.[2]

Yayılması[redaktə | mənbəni redaktə et]

BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Qobustanın rayonlarında arandan subalp qurşağına kimi yayılmışdır. Çay vadilərində, çınqıllıqlarda və dənizkənarı qumluqlarda bitir.[3] Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növdür.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Cladochaeta candidissima:The Plant List saytında takson barədə məlumat. (ing.)
  2. Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019
  3. Флора Азербайджана. Баку: Изд. АН Азерб.ССР, 1950-1961, Т. I-VIII.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]