Clathrus ruber

Clathrus ruber (lat. Clathrus ruber) — fungi aləminin basidiomycota şöbəsinin agaricomycetes sinfinin phallales dəstəsinin phallales fəsiləsinin clathrus cinsinə aid göbələk növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"kateqoriyasına aiddir – VU D2. Nadir növdür.

Qırmızı klatrus
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Yarımaləm:
Yarımşöbə:
Yarımsinif:
Dəstə:
Fəsilə:
Növ:
Qırmızı klatrus
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Göbələk orta ölçülü meyvə cisminə malikdir. Cavan, açılmamış meyvə cismi şar və ya yumurtavari formada olur, 3-6 sm diametrindədir, ağ və bozumtuldur. Peridi nazik, tez itib gedən xarici qata və həlməşikli orta qata malikdir. Yetişmiş peridi patladıqdan sonra qırmızı rəngli, ayaqcıqsız yarımdairəvi və ya yumurtavari torcuq – reseptakul çıxır. Torcuğun ilmələri elleptik, dairəvi və ya çoxbucaqlı olur.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Humus saprotrfodur, termofil növdür. Quercus castaneifolia və Parrotia persica qarışıq meşələrində rast gəlinir.

Talışın aşağı dağ qurşağı meşələrində rast gəlinir, Lənkəran şəhəri aşağı düzən müşəsi, Astara meşələri ərazisidir.

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Məhdudlaşdırıcı amillərin təsirinə məruz qalması populyasiyanın azalma tendensiyasını sübut edir.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Termofil növ olduğu üçün temperatur rejminə tələbkarlıqdır.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın vəziyyətinə nəzarət vacibdir. Yeni bitmə yerlərinin aşkarlanması, biologiyasını və ekologiyasının ətraflı öyrənilməsi məqsədəuyğundur.

  1. Index Fungorum (ing.).