Coğrafi komponentlər

Coğrafi komponentlər və ya landşaft komponentləri — landşaftların və bütövlükdə coğrafi təbəqənin əsas hissələri: yerin təki, relyef, hava kütləsi, torpaq, səth və yeraltı sular, bitki örtüyü və heyvanlar aləmi, daha doğrusu təbii və ya insan tərəfindən dəyişdirilmiş şəkildə iştirak edən maddi kütlə. Xüsusi halda coğrafi komponentlər məcmusu olub mədəni landşaftın komponentlərini (antropogen, sosiogen) əmələ gətirir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: Elm, 2012, səh.45