Coğrafi zona

Coğrafi zona[redaktə | mənbəni redaktə et]

Coğrafi zona- Coğrafi qurşaq daxilində ayrılan və fiziki-coğrafi rayonlaşdırmanın əsas bölgülərindən biridir. Coğrafi zona istilik və rütubət şəraitinin eyniliyi ilə səciyyələnir ki, bu da landşaftın və torpagın bioloji komponentlərinin, həmçinin ekzogen geomorfoloji proseslərin eyniliyini təyin edir. Coğrafi zona materik sektoru düzənliklərdə adətən enlik istiqamətində yerləşir və xeyli böyük sahə tutur. Bir-birini qanunauyğun əvəz edən coğrafi – zonalar arasında kəskin seçilən sərhəd yoxdur. Dağlıq ərazilərdə coğrafi zonalar azonal, xüsusilə oroqrafik amillərin təsiri nəticəsində, çox vaxt enlik istiqamətini dəyişərək, submeridional itiqamət alırlar ( məsələn, Şimali Amerikada). Coğrafi zonalar Dünya okeanında da (qurudan fərqli əlamətlərə görə ) ayrılır. Quruda coğrafi zona zahiri cəhətdən, adətən özünə xas olan bitki örtüyü ilə müəyyən edilir; ona görə də coxu bitki örtüyünün adı ilə adlanır; tundra zonası, meşə zonası, çöl zonası və s. [1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ş.G.Həsənov, Q.Ş.Məmmədov, S.B.Məmmədov, Y.Q.Əliyev. İzahlı Ensiklopedik Coğrafiya Terminləri Lüğəti « Təhsil» Bakı- 2005.