Bu məqaləni vikiləşdirmək lazımdır. |
Composer — PHP proqramlaşdırma dili üçün yaradılmış çox platformlu (cross-platform) paket idarəetmə sistemi. PHP tətbiqləri və tətbiq içərisində istifadə olunan kitabxanalar üçün asılılıq idarəetməsini (dependency management) təmin edir. Nils Adermann və Jordi Boggiano tərəfindən hazırlanıb və ilk versiyası 1 mart 2012 tarixində yayımlanıb. Composer yaradılan zaman Node.js-in "npm" ve Ruby-nin "bundler" sistemlərindən yararlanıb.
Composer | |
---|---|
Repozitoriya | github.com/composer/comp… |
Proqramlaşdırma dili | PHP[3] |
Əməliyyat sistemi | kross-platforma |
Yayımlanma tarixi | 1 mart 2012[1] |
Sonuncu versiya |
|
Sayt | getcomposer.org |
Vikianbarda əlaqəli mediafayllar |
Composer komanda sətrindən işə salınır və tətbiqlə əlaqəli kitabxanaları tətbiq içərisinə qurur. Qurulan kitabxanaların əlaqəli olduğu başqa kitabxanalar varsa onlar da avtomatik olaraq qurulur. Bundan əlavə, Composer packagist adı verilən ortaq bir mənbədən icazə verilən kitabxanaların tətbiqdə rahatlıqla qurulmasına da imkan verir. Yüklənən kitabxanaların tətbiqdə avtomatik olaraq yüklənməsi (autoload) üçün infrastruktur da təqdim edir.