Con De Robek — britaniyalı admiral
Con De Robek | |
---|---|
Digər adı | Ser Con De Robek |
Doğum tarixi | |
Doğum yeri | Böyük Britaniya |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | əsgər |
Fəaliyyət illəri | 1875-ci ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Con De Robek İrlandiyada yerləşən Kilder qraflığında anadan olmuşdur. Onun əcdadları İrlandiyaya İsveçdən köçmüşlər. 1875-ci ildə Con De Robek Böyük Britaniya hərbi dəniz qüvvələrində hərbi xidmətə başlamışdır. Birinci dünya müharibəsi başlayan vaxt De Robek 9-cu Kreyser Eskadrasının Admiralı idi. 1915-ci ildə Dardanel əməliyyatı zamanı Admiral Sekvil Kardenin yerinə müttəfiqlərin admiralı Con De Robek təyin olunmuşdur. De Robekin admirallığı altında müttəfiqlərin flotu uğursuz əməliyyat keçirmiş və 5 gəmi itirmişdir. Daha sonra De Robek Aralıq dənizi flotunun komandiri seçilmişdir. 1917-ci ildə o hərbi dəniz qüvvələrinin HDQ 2-ci eskadrasının komandiri təyin olunmuşdur. Müharibədən sonra De Robek İstanbulda xidmət etmişdir. 1921-ci ildə Bani Ordeni ilə təltif olunmuşdur. 1922-ci ildə Atlantik flotunun komandiri təyin edilmişdir.
1921-Bani Ordeni.