Çoson Kralı Conqco (22 sentyabr 1752 – 28 iyun 1800) Çoson Krallığının 22-ci hökmdarı olmuşdur. Doğuşdan ona verilən ad Yi San (Hanqıl: 이 산) olmuşdur. Taxta keçdikdən sonra onu Böyük Kral Conqco da adlandırmışlar. Kral Conqco babası Kral Yonqconun davamçısı olmuş və hakimiyyət illərində həyata keçirdiyi islahatlarla ölkənin inkişafına səbəb olmuşdur.
Çoson Kralı Conqco | |
---|---|
kor. 이산 | |
Digər adı | Yi San |
Doğum tarixi | |
Doğum yeri | Çoson Krallığı, Hansonq şəhəri, Çanqqyonq sarayı |
Vəfat tarixi | (47 yaşında) |
Vəfat yeri | Çoson Krallığı, Hansonq şəhəri, Çanqqyonq sarayı |
Vəfat səbəbi | Naməlum |
Dəfn yeri | Cənubi Koreya, Qyonqqi, Hvasonq, Qonnınq |
Həyat yoldaşı | Kraliçə Hyoui |
Uşağı | Çoson Kralı Sunco |
Atası | Vəliəhd Şəhzadə Sado |
Fəaliyyəti | Kral |
Vikianbarda əlaqəli mediafayllar |
Koreya tarixində "Böyük Kral" adlandırılan dörd hökmdar olmuşdur. Bunlar Böyük Kral Munmu (Şilla Krallığının 30-cu hökmdarı), Böyük Kral Kvanqqeto (Qoquryo Krallığının 19-cu hökmdarı), Böyük Kral Seconq (Çoson Krallığının 4-cü hökmdarı) və Böyük Kral Conqco (Çoson Krallığının 22-ci hökmdarı). Bu hökmdarlar ölkə və xalq üçün həyata keçirdikləri böyük islahatlar və dəyişikliklərə görə tarixə belə həkk olunmuşlar.[1]
Kral Conqco 28 okyabr 1752-ci ildə Vəliəhd Şəhzadə Sado və Hyeqyonq xanımın birgə nikahından dünyaya gəlmişdir. Uşaq yaşlarından o, atası və babası arasında keçən münaqişələrə şahid olmuş, atası Vəliəhd Şəhzadə Sadonun daim babası Kral Yonqco ilə münasibətlərinin gərgin olmasından əziyyət çəkmişdir. Hələ kiçik yaşlarından babası Kral Yonqco Yi Sanın atası kimi olmaması üçün ona təzyiq etmişdir. Bunun nəticəsində Yi San həmişə dərslərini yaxşı oxumuş, hərbi bacarıqlarını təkmilləşdirərək babasının arzuladığı kimi bir davamçı olmuşdur, lakin Yi San hələ 10 yaşında olarkən atası ilə babası arasında uzun müddət davam edən münaqişələr atası Vəliəhd Şəhzadə Sadonun düyü sandığında edama məhkum edilməsi ilə tamamlanmış oldu. Atasının faciəvi ölümünə şahid olan Yi San onun adını sarayda çəkməməli oldu. 1764-cü ildə artıq Vəliəhd Şəhzadə elan edilmiş Yi San atası Vəliəhd Şəhzadə Sadonun yox vəfat etmiş əmisi Vəliəhd Şəhzadə Hyocanqın ögey oğlu adlandırıldı.[2]
Vəliəhd Şəhzadə Sadonun atası ilə arasında mübahisə yaradan saray əyanları və siyasi partiyalar onun oğlu Vəliəhd Şəhzadə Conqconu taxtdan salmağa və daim onun digər qardaşları Şəhzadə Incon, Şəhzadə Inon və Şəhzadə Inşinə yol açmağa çalışırdılar. 1775-ci ildə Kral Yonqconun ölümündən bir il əvvəl Kral Conqco onun varisi təyin edildi, lakin ona hərbi güc verilmədi.
Kral Yonqconun vəfatından sonra 1776-cı ilin martın 10-da Yi Sanın Kyonqhuiqunqda tacqoyma mərasimi keçirildi.[2] Taxta keçdikdən sonra Kral Conqco Vəliəhd Şəhzadə Sadonun oğlu olduğunu elan etdi.[3] Onun taxta keçməsindən 2 il sonra ciddi quraqlıq başladı və uzun müddət quraqlıq davam etdi. Bundan narahat olan Kral Yonqco yağış yağdırma mərasimi keçirdi[4]. O, bununla atasının ölümünə səbəb olan bəzi siyasi partiyalardan qurtulmaq üçün istifadə etdi.
Hakimiyyətinin ilk illərindən Kral Conqco atasının adını təmizləmək üçün daim mübarizə aparmış[4], hətta o, sarayı atasının məzarını köçürdüyü Suvon şəhərinə köçürdü ki, atasının məzarına daha yaxın olsun. Suvon şəhəri o vaxtlar ən əlverişli bölgə sayılırdı. Deyilənə görə, o, atasının məzarına gözətçi olaraq Hvasonq Qalasını tikdirmişdir. Hvasonq Qalası UNESCO-nun Dünya Mədəni İrsi siyahısına əlavə edilmişdir.
Krallığı ərzində Kral Conqco anası Hyeqyonq xanımın Ana Kraliçə olması üçün mübarizə aparmışdır. Çünki onun atası daha əvvəl kral olsaydı, anası Hyeqyonq xanım indi Kraliçə olacaqdı. Çoxsaylı etirazlara baxmayaraq Kral Conqco buna nail ola bildi.
1776-cı ildə Noron partiyasının bəzi üzvləri Kral Conqcoya suiqəsd etməyə çalışdılar. Kral Conqco suiqəsdin arxasında olanları aşkara çıxardı və onların edamına əmr verdi.
Kral Conqco Çoson Krallığında yeni bir intibah dövrünün əsasını qoydu, lakin özündən əvvəl babası Kral Yonqconun siyasətinə daxil olan Tanqpyonq qaydası onun siyasətinə bir az mane oldu.[4] Kral Conqconun həyata keçirdiyi ilk islahatlardan biri kraliyyət kitabxanası olan Kyucanqqakın (규장각) təkmilləşdirilməsi oldu. Kyucanqqakın əsas məqsədi Çosonun siyasi və mədəni gücünü təkmilləşdirmək idi. Kral Conqco həmçinin ölkənin idarəçiliyində ona kömək edəcək yeni dövlət xadimlərinin yeni qaydada işə götürülməsi sistemini də hazırlamış oldu. Bu sahədə onun həyata keçirdiyi əsas islahat sosial statusuna görə vəzifə tuta bilməyən vətəndaşlara öz biliklərinə görə yeni yol açmaq oldu. Kral Conqco eyni zamanda əməyə görə muzdun verilməsi qaydasını da tətbiq etdi. Bu, o dövr üçün daha əvvəl həyata keçirilməmiş bir islahat idi. Artıq kəndlilər işədikləri tikintilərdə və ya müxtəlif işlərdə öz əməkləri qarşılığında muz da alırdılar.
Kral Conqco Hvasonq qalasının tikintisinə rəhbərlik etmək üçün əsas üç prinsip müəyyən etdi: birincisi, o, əsgərlərə yavaş olmağı, ikincisi, təvazökar olmağı, üçüncüsü, güclü olmağı tapşırdı. O, vurğuladı ki, qala tələsik tikilməməli və çox dəbdəbəli edilməməli, möhkəm təməl üzərində qurulmalıdır. Kral tikinti üçün səfərbər olunan işçilərin rifahı ilə də maraqlanırdı. İnsanlara zəhmətlərinə görə maaş verilirdi və qeyd olunurdu ki, cəmi yarım gün işləyənlər də pul ala bilərlər. İşçilərə havanın çox isti və ya çox soyuq olduğu günlərdə istirahət etmək əmri verilirdi. Onları ruhlandırmaq üçün kral tərəfindən onlara spirtli içkilər və qəlyanaltılar hədiyyə edilirdi. Bu tədbirlər dövlət quruculuğuna səfərbər olunan insanların heç vaxt pullu əməyi xəyallarına belə gətirmədiyi dövrdə yenilikçi bir təcrübə idi. İşçilər üçün yeni təcrübələrdən biri də onlara yalnız hüquqların verilməsi deyil, həm də müəyyən məsuliyyətlərin verilməsi idi. Hər bir işçi qalanın müəyyən hissəsinin tikintisindən məsuliyyət daşıyırdı. Beləliklə, işçilər öz işlərinə görə mükafat aldıqları kimi qalanın tikintisində etdikləri səhvə görə də cəzalandırılırdılar.
Hvasonq qalasının tikintisi üçün Qərb texnologiyası və bilikləri müqayisə edilmişdi. Tikinti üçün lazım olan günləri azaltmağa kömək edən ağır materialların qaldırılması və daşınması üçün avadanlıq icad edilmişdi. Ən vacib material olan daş qonşu dağ Sukcisandan çıxarılmışdır; dam kirəmitləri və kərpiclər tikinti sahəsinin yaxınlığında tikilmiş sobada istehsal edilmişdir; ağaclar əsasən Koreya yarımadasının qərb sahilindəki Anmyondo adasından, bir hissəsi isə şimaldakı Qanqvondo əyalətindən gətirilmişdir. Qalanın şərqində su anbarının tikildiyi də qeyd olunur, lakin onun yeri təsdiqlənməyib. Bu, Koreyanın Kənd İnkişaf Administrasiyasının yaxın vaxtlara qədər Suvonda uzun müddət yerləşdiyini izah edir. Kral Conqconun bilavasitə adi insanların qayğıları ilə məşğul olduğu bilinirdi: insanlar krala öz şəxsi qayğıları barədə danışmaq üçün atasının məzarını ziyarət etdiyi küçədə düzülürdülər və padşah onları dinləyərək onlara kömək edir və müraciət edirdi.[1]
Ömrünün sonlarına doğru Kral Conqco ikinci oğlu və onun davamçısı Çoson Kralı Sunconu Andong nəslindən Kim xanımla evləndirməyi qərara aldı[5], lakin övladının toyunu görəcək qədər uzun müddət yaşamadı. 1800-cü ildə o, naməlum səbəblərdən 47 yaşında dünyasını dəyişdi. Onun ölümünün arxasındakı səbələrə indi belə bəzi şübhələr var və rəvayətlər dolaşır.
Babası – Çoson Kralı Yonqco (31 oktyabr 1694 – 22 aprel 1776)
Bioloji nənəsi – Kraliyət Cariyəsi Yonq (15 avqust 1696 – 23 avqust 1764)
Ögey nənəsi – Kraliçə Conqsonq (12 yanvar 1693 – 3 aprel 1757)
Babası – Honq Bonq Han (1713 – 1778)
Nənəsi – Yi Xanım (1713 – 1755)
Vəliəhd Şəhzadə Yi Qonq (29 iyul 1790 – 13 dekabr 1834) – ikinci oğlu
Şəhzadə Sukson (1 mart 1793 – 7 iyun 1836) – ikinci qızı
Düşük övlad (8 dekabr 1780)
Düşük övlad (iyul 1781)
Yi Sun, Vəliəhd Şəhzadə Munhyo (13 oktyabr 1782 – 6 iyun 1786) – ilk oğlu
İlk qızı (20 mart – 12 may 1784)
Doğulmamış övladı (1786)