Concu Hanok məhəlləsi Collabukdo ərazisinin Concu şəhərində Vansan royanunun Pungnamdong və Gyodong kəndləri ilə əhatə olunmuş 296,330 m²lik kəndir. Hal-hazırda bu kənddə 995 ev var və 2.202 sakin yaşayır. Buradakı 708 binanın 543-ü hanok, 165-i isə qeyri-hanokdur.[1] İnsanların Concu şəhərində 15 min il əvvəl yaşamağa başladığı təxmin edilir. Əvvəllər təbiət qoynunda, dağların ətəyində salınmış kəndlər 665-ci ildə Şilla kralı Mun Munun vaxtında Vansan rayonunun yaradılması ilə düzən ərazilərə köçürüldü. Concu xalqının düzənlikdəki həyatı Concu Ipsong qalasının (Concu qalası) inşası ilə başladı.
Qoryo sülaləsi dövründə Concu Ipsong qalası ətrafında, Hanbyokdang, Omokde və Gannapde inşa edildi, onların ətrafında isə Okryudong və Camandong kimi kəndlər təbii şəkildə quruldu. Bu kəndlər indiki Hanok kəndinin doğma yeridir.[2] Concu Hanok kəndinin indiki formasını alması 1905-ci il Yaponiya-Koreya razılaşmadan sonra olmuşdur. O zamanla yaponlar Concu qalasının qərb tərəfdən xaricində məskunlaşmışdılar. Tacir və kəndli təbəqə adətən qaladan kənarda yaşayırdı və bu qalanın xarici ilə daxilində yaşayanlar arasındakı təbəqə fərqini göstərirdi. Ancaq 1911-ci ilin sonlarından etibarən Concu Ipsong qalasının cənub qapısından başqa bütün qapıları söküldü və yaponlar yaşayış yerlərini qalaya köçürməyə başladılar. Yapon evlərinə qarşı böyüyən "qarşıdurma və milli qürur" ilə birləşən koreyalılar (xüsusilə zadəganlar) Gyodong və Pungnamdongda hanok kəndləri yaratmağa başladılar. Bu yer hanok(Koreya ənənəvi evləri)larla dolu olan indiki Concu hanok kəndidir.[3]
BSeulun Bukçon, Gyeongcu və Andong bölgələrində yerləşən Hanok kəndlərindən fərqli olaraq, Concu şəhərindəki Hanok kəndi şəhərin mərkəzində geniş miqyasda cəmləşmişdir. Kənd 100 ilə yaxın bir müddətdə indiki formasını aldığından, Concu Hanok kəndinin hanoku ənənəvi hanok deyil, "şəhər tipli hanok" dur. Bu şəhər tipli hanoklar ilə əvvəllər mövcud olan Gyonggicon və Pungnammun kimi mədəniyyət yerlərinin qarşılaşması Concu Hanok kəndinin xüsusi dəyərini nümayiş etdirir.[4]Hal- hazırda Conjc Hanok kəndi Collabukdo əyalətinin və Concu şəhərinin mədəni və turistik bir cazibəsi olaraq qorunur və inkişaf etdirilir.[5] 2017-ci ilin noyabr ayında Kakao tərəfindən aparılan bir araşdırmaya görə, bura eyni zamanda ölkə daxilində səyahət yerinə görə ilk sırada yer alır.[6]
Gyongicon zalı Coson sülaləsini quran kral Teco İsongyenin portretini qorumaq üçün 1410-cu ildə inşa edilmişdir. 1442-ci ilə qədər Gyonggicon Oyongcon adlanırdı və Coson sülaləsinin salnamələri saxlanılırdı. Yaponiyanın Koreyanı işğalı zamanı yandırılan Gyonggicon Kral Gvanghegun hökmranlığının 6-cı ilində(1614) bərpa edildi.[7] 2011-ci ildə tamamlanan Ocon muzeyi ilə Gyongicon Concuu Hanok kəndinin əsas turizm mərkəzinə çevrildi.[8] Gyongicona giriş bileti böyüklər üçün 3000 von, azyaşlılar üçün isə 1000vondur. İş saatları 9-dan 6-a qədərdir(iyun~avqust aylarında axşam 8-ə qədər).
Concu Hanok Kəndindəki Condong kilsəsi rahib Poinel tərəfindən dizayn edilmiş bir katolik kilsəsidir və 1908-ci ildə tikintisi başa çatmışdır. Kilsə ilk koreyalı katolik Yun Ciçungun (1759–1791) vəfat etdiyi yerdə inşa edilmişdir.[9]
Concu-Ipsong qalasının dörd qapısından yalnız biri qalmışdır ki bu da Pungnammun qapısıdır. 1767-ci il Coson sülaləsi dövründə(Yongconun hakimiyyətinin 43-cü ili) bu qapı yenidən bərpa olundu və qapının gözətçisi Hong Nak tərəfindən qapıya bu ad verildi. Pungnammunun turizm məkanı kimi canlandırılması üçün fəal şəkildə müxtəlif tədbirlər hazırlanır.
Concu Hanok kəndinin şərqindəki Omokde Kral Teco İsongyenin 1380-ci ildə Hvangsan dağında Yaponiya ordusunu məğlub edib geri dönərkən qələbəsini qeyd etmək üçün dayandığı yerdir. Daha sonra Kral Gocong öz əlyazması Kral Teco İsongyenin burada olduğunu qeyd edib.[10] Omokde yüksək təpədə yerləşdiyi üçün üçün Concu Hanok Kəndinə bir baxışda baxmaq üçün yaxşı yerdir. Bir çox turist Concu Hanok kəndini gəzməyə məhz bu yerdən başlayır.
Concuhyanggyo Seuldakı Songkyunkvanı modelləşdirmiş və Qoryo kralı Qongminin (1354) dövründə qurulmuşdur. Əvvəllər Gyonggiconun şimal hissəsində yerləşsə də səs-küylü yer olduğundan Concu Ipsongun qərbindəki Hvanghvadeyə köçürüldü. Concuhyanggyo yerli konfutsi məktəbi Desungcon xatirə zalı və Myongnyundang mühazirə zalı da daxil olmaqla 99 hissədən ibarət idi. Hyanggyo uzun müddət xaricdə təhsil almağın təməl prinsipləri, nəzakətli olmağın yolları və s. öyrətməyə çalışmışdır. Ancaq zaman dəyişdikcə bir çox Hyanggyo məktəbləri yavaş-yavaş sıradan çıxmağa başladı və Concuhyanggyo konfutsi məktəbi də dövrün dəyişikliklərindən qaça bilmədi.[11][12]
Concuu ənənəvi mədəniyyət mərkəzi Concu Hanok Kəndində yerləşən ənənəvi mədəniyyət ocağıdır ki, burada vətəndaşlar və turistlər ənənəvi toy, tamaşalar, təhsil təcrübələrində, eyni zamanda ənənəvi yemək hazırlama proqramlarında iştirak edə bilərlər.[13]
Concu Hanok kəndindəki Concuu Əl Sənətləri sərgi salonu əsasən sərgi salonlarına, təcrübə salonlarına və ticarət mərkəzlərinə bölünür. Sənətkarlıq salonunda sənətkarlıqla əlaqəli işləri görə bilərsiniz və təcrübə salonunda sənətkarlıqla tanış ola bilərsiniz. Burada mövcud olan mağazalardan əl sənəti nümunələrə satın ala bilərsiniz.[14]
Koreyalıların ənənəvi həyat tərzini birbaşa təcrübə edə və ənənəvi yaşayış yerlərini görə bilərsiniz.[15]
Concu ənənəvi şərab muzeyi yerli içki ənənəsini davam etdirmək üçün 2002-ci ildə Concu Hanok kəndində açılmışdır. Ənənəvi məişət içki mədəniyyəti ev-ev dolaşıb ehsan vermək və gələn qonaqlara içki təklif etməklə başlamışdı, lakin Yapon müstəmləkə hökumətinin içki vergi məcəlləsi (1909) bu mədəniyyətin itməsinə səbəb oldu.[16]
Concu milli Hanci mərkəzində koreyalıların əcdadlarının sənətkarlığını əks etdirən Koreya kağız istehsalı texnikası nümayiş olunur. Burada saf Koreya hancisi istehsal olunur və onun 80%-i Yaponiyaya ixrac olunur. Qalan hissəsi isə ölkə daxilində satılır. Ənənəvi Hanci Mərkəzini ziyarət etsəniz koreya kağızının üzərinə naxış əlavə etmək, qurutmaq və s. kimi hazırlama prosesində birbaşa şəxsən iştirak edə bilərsiniz.[17]