Bu məqalə qaralama halındadır. |
Coni qəbiristanı Azərbaycan Respublikası Lerik rayonunun Coni kəndi yaxınlığında Son Tunc dövrünə aid (e.ə. II minilliyin II yarısı) aid arxeoloji abidə. İlk dəfə 1890-cı ildə fransız arxeoloqu Jak de Morqan tətqiq etmişdir. Daş qutu qəbirlərdən ibarətdir. Qəbirlərdən çaxmaqdaşından düzəldilmiş ox ucluqları, tunc qılınc, xəncər, nizə ucluqları, bəzək əşyaları və s. tapılmışdır. Talış-Muğan mədəniyyətinin səciyyəvi abidəsidir.