Conson və Vels Universiteti

Conson və Uels UniversitetiABŞ-nin Rod-Aylend ştatında yerləşən özəl universitet.

Conson və Vels Universiteti
Xəritə
41°49′11″ şm. e. 71°24′46″ q. u.HGYO
Əsası qoyulub 1914
Tip Özəl universitet
Rektor Mim L. Rani
Tələbə sayı 12,930
Ölkə
Sayt jwu.edu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ali təhsil müəssisəsi 1914-cü ildə Qertrud Conson və Meri Vales tərəfindən biznes məktəbi olaraq qurulmuşdur. Hazırda 6 kollecdə bakalavr, magistr və doktorantura səviyyələrində təhsil alan 12.930 tələbəsi vardır. Əsas kampusu Rod-Aylend ştatının Providens şəhərində yerləşir. Bununla yanaşı, universitetin Şimali Karolina ştatının Şarlott şəhərində də kampusu mövcuddur. Universitetin tədqiqat fəaliyyəti səlahiyyətli orqan olan Yeni İngiltərə Ali Təhsil Komissiyası tərəfindən tənzimlənir.

"US News" jurnalının dərc etdiyi siyahıya görə Conson və Vels Universiteti şimal əyalətlərində yerləşən universitetlər arasında 96-cı yerdə qərarlaşmışdır.[1]

  1. "Overview of Johnson & Wales University". usnews.com (ingilis). US NEWS. 2022-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2021. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)