Convolvulus cantabrica (lat. Convolvulus cantabrica) – sarmaşıqkimilər fəsiləsinin sarmaşıq cinsinə aid bitki növü. Hündürlüyü 15–60 sm, gövdəsi düzduran və ya yuxarıya doğru qalxan, bəzən sərilən, əsasından budaqlanan, sıx və uzun qabarıq və ya qısa basıq tüklü çoxillik ot bitkisidir.[1]
Kantabir sarmaşıq | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Yarpaqları boz-yaşıl rəngli, üst tərəfdən adətən çılpaqdır, alt tərəfdən basıqtüklüdür, bəzən uzun qabarıq tüklüdür, aşağıdakılar saplaqlıdır, uzunsov, əksinəneştərşəkilli və ya uzunsov-neştərvaridir, küt ucludur, orta və yuxarıdakı yarpaqlar oturaqdır və ya demək olar ki, oturaqdır, uzunsov-xətvaridir, sivri təhərdir.[1]
Çiçəkləri tək və ya 2–4 saydadır, kənar və ya təpə yarımçətirlərdə, uzun çox vaxt qabarıq çiçək oxu üzərindədir. Tac çəhrayıdır və kasacıqdan 2–3 dəfə uzundur.[1]
Qutucuq enli-yumurtaşəkillidir, yuxarı hissədə tüklüdür, kasacıqdan qısadır. Toxumları enli-yumurtaşəkillidir, tünd-qəhvəyi rəngdədir, uzunluğu 2,5–3,5 mm-dir.[1]
May-İyul (Avqust)[1]
İyul-Sentyabr[1]
Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, Kür-Araz oval., Kür düz., KQ şimal, KQ cənub, KQ mərkəzi, Lənk. oval., Lənk. dağ. Ovalıqdan orta dağ qurşağına qədər.[1]
Quru qayalı, çınqıllı, daşlı, gilli yamaclarda, çəmənlərdə, meşələrdə, talalarda, kolluqlarda, yolların kənarında, cay yatağında, əkin sahələrində alaq kimi rast gəlinir.[1]