Corc Rocer

Corc Rocer (19 Mart 1908 - 24 İyul 1995) — Afrikadakı işləri və İkinci Dünya Müharibəsinin sonundakı Bergen-Belsen düşərgəsindəki kütləvi ölüm hadisələrinin fotoşəkillərini çəkməsi ilə məşhur olan ingilis fotojurnalist idi.[1]

Həyatı və Kariyerası

[redaktə | mənbəni redaktə et]

Hale, Cheshire adlı ərazidə anadan olan Corc, əslən alman və şotlandiya mənşəlidir. O, məktəbi bitirdikdən sonra Britaniya tacir donanmasına qoşulur və beləcə dünyanı gəzir. Bu illər ərzində, Rocer səyahətlərinin hesabatını aparır və onları sənədləşdirmək üçün öz-özünə fotoqrafiyanı öyrənir. Lakin səyahət haqqında yazılarını çap etdirə bilməyən Rocer, Böyük Depressiya dövründə iş tapa bilmir və 1936-cı ildə Britaniyaya qayıdır. Londonda o, BBC-nin "Listener" adlı jurnalında fotoqraf olaraq iş tapır. 1938-ci ildə "Black Star Agency" adlı yerdə qısamüddətli bir işə də olur.

İkinci Dünya müharibəsi başladıqdan sonra Rocer müharibəni fotolar çəkərək sənədləşdirmək istəyir. Alman düşərgəsi olan The Blitz ərazisində çəkdiyi fotolar ona Amerikanın "Life" jurnalında müharibə fotoqrafı işi qazandırır. Rocer Qərbi Afrikadakı müharibəni geniş şəkildə əhatə etdi və müharibənin sonuna qədər müttəfiqlərin Fransa, BelçikaHollandiyadan azad edilməsi prosesini yaxından izlədi. Onun işləri həmçinin Birmada İngilis qüvvələrinin geri çəkilməsini də əhatə etdi. O, yəqin ki, Çin hərbçilərinin xüsusi icazəsi ilə Çinə səyahət edərək Birma Yolunda bir hekayə yazmağa icazə verən yeganə ingilis müharibə müxbiri və fotoqrafı idi.

Rocer 1945-ci ildə Bergen-Belsen-də konsentrasiya düşərgəsinə girən bir çox fotoqrafdan biri idi. Sağ qalanların və cəsəd yığınlarının fotoşəkilləri "Life" və "Time" jurnallarında nəşr olundu və ölüm düşərgələrinin reallığını göstərən təsirli işlərə imza atdı. Daha sonra Rocer düşərgədə keçirdiyi vaxtı xatırlayarkən dərk etdi ki, o, çox vaxt ağac və binalar arasında uzanan cəsədlərin qrafik baxımından xoş kompozisiyalarını axtarmağa çalışırdı. Bu travmatik təcrübədən sonra Rocer yenidən müharibə müxbiri kimi işləyə bilməyəcəyi qənaətinə gəldi. "Life" jurnalını tərk edərək, Afrika və Yaxın Şərqi gəzərək, bu ərazilərin vəhşi təbiətini və insanlarını sənədləşdirməyə davam etdi.

1947-ci ildə Rocer Maqnum Fotonun qurucu üzvü oldu. Sonrakı otuz il ərzində bir çox ekspedisiya və Afrika xalqlarının təbiətini, mənzərəsini fotoqraflaşdırmaq üçün sərbəst bir fotoqraf olaraq çalışdı. Rocerin Afrikadakı fotojurnalistika illərində çəkdiyi şəkillər bir çox jurnal və qəzetlərdə, o cümlədən də National Geographic-də yayımlandı.

Ailəsi və Evliliyi

[redaktə | mənbəni redaktə et]

Rocer evləndi və iki oğlu oldu. Onun oğullarından biri - Peter Britaniyada rejissor oldu. O, həmçinin ABŞ-nin Kaliforniya ştatında 2014-cü il Isla Vista cinayətlərinin günahkarı olan və intihar etməzdən əvvəl altı nəfəri öldürmüş və on dörd nəfəri yaraladımış Elliot Rocerin babası idi.[2]

  1. Celinscak, Mark. Distance from the Belsen Heap: Allied Forces and the Liberation of a Concentration Camp. Toronto: University of Toronto Press. 2015. ISBN 9781442615700.
  2. Sherwell, Philip. "California drive-by shooting: 'Son of Hunger Games assistant director' Elliot Rodger suspected of killing six". The Telegraph. 24 May 2014. 25 May 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 July 2014.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]