Anhel Munos Qarsiya[1][2] (11 sentyabr 1994) — səhnə adı Jordi "El Niño Polla" kimi tanınan, İspan pornoaktyor, prodüser, YouTuber. Brazzers şirkəti ilə gördüyü işlərlə tanınır.
Qarsiya 2018 və 2019-cu illərdə iki il arxa-arxaya Ən Populyar Kişi Nümayişçiyə görə Pornhub Mükafatını qazandı. 20 iyun 2021-ci il tarixində onun YouTube kanalı 4 milyondan çox abunəçi və 396 milyon baxış toplayıb.
Qarsiya ilk dəfə 18 yaşında internetdə modellər üçün bir reklam gördükdən sonra porno filmlərdə çəkilməklə maraqlandı.[5][6] Özünün fotoşəkillərini təqdim etdikdən sonra 2013-cü ildə FaKings şirkətində aktyorluq etməyə və prodüserlik etməyə başladı.[7][8] Şirkətdə işləyərkən Qarsiya, oradakı prodüserlər tərəfindən, cılız və gənc görünüşünə görə "El Niño Polla" adlandırıldı.[8]
2016-cı ilin mart ayında, Brazzers şirkəti onunla məzmun hazırlamaq üçün Twitter vasitəsilə əlaqə saxladı.[7][9] Onun səhnələrindən biri şirkətin ilin ən çox baxılan videosu olduqdan sonra ona eksklüziv müqavilə təklif olundu.[9] Bu günə qədər o, şirkət üçün 133 səhnədə çıxış edib.[10] 2017-ci ilin əvvəlində Vice News onun uğurunu MILF pornoqrafiyasındakı yüksəlişin bir hissəsi kimi əlaqəli olan, bir neçə digər gənc kişi porno aktyorları arasında göstərdi.[11] Elə həmin il o, Ən Yaxşı Yeni Gələn Kişi — AVN Mükafatı nominasiyasını əldə etdi.[12]
Qarsiya İspaniyanın Syudad-Real şəhərində anadan anadan olub. O, müsahibəsində siqaret çəkmədiyini və nadir hallarda içki içdiyini açıqlayıb.[9] 2018-ci ildə Qarsiya, 2016-cı ilin iyun ayından bəri pornoqrafik sənayedən kənar bir qadınla görüşdüyünü açıqladı.[13]