Covanni Arnolfini

Covanni di Nikolao Arnolfini (1400, Lukka, Toskana11 sentyabr 1472[1], Brügge) — İtaliyanın Toskana bölgəsinin Lukka şəhərindən olan tacir. O, həyatının çox hissəsini, o zamanlar Burqundiya hersoqluğunun bir hissəsi olan Flandriyada keçirdi, çox güman ki onun daimi yaşayış yeri zəngin ticarət şəhəri və Burqundiya sarayının əsas qəsəbələrindən biri olan Brügge idi. Arnolfinilər Lukkada kiçik lakin zəngin şəhərin siyasi və ticari həyatında aktiv iştirak edirdilər, Florensiya kimi bu şəhərin də əsas gəlir sahəsi bahalı parçaların toxuculuğu idi.

Covanni Arnolfini
Doğum tarixi 1400
Doğum yeri
Vəfat tarixi 11 sentyabr 1472[1]
Vəfat yeri
Fəaliyyəti tacir, iş adamı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Onu əmisi oğlu Covanni di Arriqo Arnolfinidən fərqləndirmək üçün "di Nikolao" və ya "Nikolaonun oğlu" kimi tanınan Covanni, ailə biznesində işləmək üçün erkən yaşlarında Flandriyadakı Brüggeyə köçdü və ömrünün qalan hissəsini orada yaşadı. O, ipək və digər parçalar, qobelenlər və digər qiymətli əşyaların ticarəti ilə zənginləşdi, baxmayaraq ki, sonrakı illərdə o, biznesində uğursuzluqlar yaşadı və ticarətdən uzaqlaşdı. Ona şöhrət qazandıran amil odur ki, məşhur Flamand rəssamı Yan van Eyk iki portretində Arnolfini ailəsinin bir çox kişiləri arasında məhz onu çəkmişdir. Şəkillərdən biri "Arnolfini cütlüyünün portreti" 1434-cü ilə aid olunur və London şəhərində saxlanılır, digəri isə Berlində saxlanan onu tək təsvir olunduğu portretdir.

Yan van Eykin müəllif olduğu "Arnolfini cütlüyünün portreti", 1434-cü il

Ehtimal var ki, o, valideynlərinin yaşadığı Lukka şəhərində anadan olub, lakin nə yer, nə də tarix sənədləşdirilməyib. O, hələ texniki olaraq uşaq yaşlarında Brüggeyə göndərilmişdir, bu məlumatın mənbəsi onun adı ilk dəfə çəkildiyi 1419-cu ilə aid atasının Lukkadan Brüggeyə göndərdiyi məktubdur. Məktubda atası onu yetkin elan edir. Məktubda yaş qeyd edilmədiyi üçün onun dəqiq doğum tarixi bəlli deyil.

Sonrakı bir neçə il ərzində Covanni di Nikolao Lukkadan olan uğurlu italyan taciri Marko Qvidiçoni ilə işlədi. Onun Burqundiya sarayı ilə bəzi sövdələşmələrinin qeydləri saxlanılıb, lakin bu, yəqin ki, onun biznes fəaliyyətinin yalnız bir hissəsi idi. 1422-ci ildə o, İngiltərə kralı V Henriyə qiymətli qızıl yaxasını satmağa çalışdı və 1423-cü ildə o, hersoq III Filippə Məryəmin (xristianlıq) həyatından səhnələrin təsvir olunduğu altı qobelenini satdı, hersoq sonradan onu Roma Papasına bağışladı. Onun adı qeyd olunduğu digər satış sənədləri mövcud olsa da, onlardan bəziləri Qvidiçoninin adından edilmiş ola bilər.

1426-cı ildə o, Konstanza Trenta ilə evləndi, həmin qadın ilk baxışdan o məşhur şəkillərdə qeyd olunduğu şəxs deyil, çünki onun anasının 26 fevral 1433-cü il tarixli məktubunda Konstanzanın öldüyü qeyd olunur. Konstanza da Lukka şəhərindən idi və bibisi Jinevra Ginevra Kavalkanti Kozimo de Mediçinin qardaşı Lorenso de Mediçi ilə evli idi. Digər tərəfdən, Marqaret Kosterin yeni ehtimalına görə, qoşa portretdə Konstanza təsvir olunub və portret xatirə məqsədi daşıyır və Konstanzanın vəfatından bir il sonra çəkilib.

  1. 1 2 Capitani O. ARNOLFINI, Giovanni // Dizionario Biografico degli Italiani (it.). 1962. Vol. 4.