Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Covanni Battista Antonelli (it. Giovanni Battista Antonelli; isp. Juan Bautista Antonelli) — İtaliyalı hərb memarı. Covvani Antonelli İtaliyanın Qatteo şəhərindən anadan olmuş və İspaniyanın Toledo şəhərində vəfat etmişdir. Əsasən qalaların və hərbi binaların tikintisi sahəsində fəaliyyət göstərmişdir. Covvaninin ən önəmli inşaat işlərindən biri Aralıq dənizi sahilləridə düşmən gəmilərini izləmək üçün tikilmiş müşahidə qüllələridir. Qardaşı Battista Antonellidə özü kimi hərb memarığı ilə məşğul olmuşdur.
Covanni Battista Antonelli | |
---|---|
it. Giovanni Battista Antonelli | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qatteo, İtaliya |
Vəfat tarixi | |
Vəfat yeri | Toledo, İspaniya |
İşləri və nailiyyətləri | |
Memarlıq üslubu | Hərb memarı |
Covvani Antonelli XVI əsrin ikinci yarısında Pireney yarımadası və Aralıq dənizində İspaniya imperiyası üçün hərbi istehkamlar və qalalar inşa etməyə başlayır. Kralın razılığı və rəhbərliyi ilə həyata keçirilən tikinti işləri nəticəsində özünü peşəkar bir memar kimi doğrultmağı bacaran Covvaniyə qısa zamanda daha məsuliyyətli bir iş həvalə olunur.