Cozef Stalin (sinh. ජෝසප් ස්ටාලින් , tam. ஜோசப் ஸ்டாலின் ; 1960-cı illər) — Şri-Lanka həmkarlar ittifaqı üzvü. 2022-ci ildən etibarən Seylon Müəllimlər İttifaqının baş katibi vəzifəsini icra edir.[1][2] O, Şri-Lankada təhsilin militarizasiyasına qarşı kampaniyalara rəhbərlik etmişdir.[3][4][5]
Cozef Stalin | |
---|---|
Doğum tarixi | 1960-cı illər |
Cozef Stalin 1960-cı illərdə Seylon Kommunist Partiyasının (Pekin qanadı) fəalının ailəsində anadan olmuşdur.[6] Sovet lideri İosif Stalinin adını daşıyır.[7]
O, 2020-ci ildə Şri-Lanka hökumətinin məktəbləri COVID-19 təcrid mərkəzlərinə çevirmək hərəkətlərinə qarşı çıxmışdır.[8] Həmin ilin sonunda Təhsil Nazirliyində Baş Direktor – İdman vəzifəsinin yaradılmasının əleyhinə çıxış edərək hökumətin "qeyri-ixtisaslı insanları yüksək vəzifələrə təyin etməklə təhsil sistemini sarsıtmağa cəhd etdiyini" bildirmişdir.[9]
2021-ci ilin iyul ayında Milli Müdafiə Universiteti qanun layihəsinin Şri-Lankada universitetləri militarizasiya ediləcəyi ilə bağlı narahatlıqlarını ifadə edərək ona etirazlarını bildirdikdən sonra digər on nümayişçi ilə birlikdə polis tərəfindən həbs edilmişdir.[10][11] İki həftəlik həbsdən sonra sərbəst buraxılmışdır.[12][13]