Cricetomys gambianus

Qambiya sıçovulu (Cricetomys gambianus) — Nezomidlər fəsiləsinin Cricetomys cinsinə daxil olan gəmirici növü. Siçananabənzərlər altdəstəsinin ən böyük nümayəndələrindən biridir. Bədən uzunluğu təxminən 0,9 metr (3 fut) qədər böyümyür. Bununda təxminən yarısını quyruq hissəsi təşkil edir. Onlar gecə həyat tərzi keçirirlər. Böyük Səhradan cənubdakı ərazilərdə, Seneqaldan KeniyayaAnqoladan Mozambikə[3] qədər olan bölgələrdə yayılmışdır.

Qambiya sıçovulu
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Qambiya sıçovulu
Beynəlxalq elmi adı

Bəzən bu canlılar ev heyvanları kimi saxlanılır. Floridada təbiətə sızan siçovullar invaziv bir növə çevrilmişdir[4].

Xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Qambiya siçovulunun görmə qabiliyyəti çox zəifdir. Bu səbəbdən qoxu və eşitmə qabiliyyətinə əsaslanır[5]. Digər dağsıçanları kimi yanaq kisələri vardır. Orta çəki 1 ilə 1,5 kq arasında dəyişir. Afrikada ümumiyyətlə meşələrdə və kolluqlarda, iyirmiyə qədər fərdi olan koloniyalarda yaşayır. Hər şeylə qidalana bilir: tərəvəz, böcək, xərçəng, ilbiz və s. Ancaq palma meyvələrinə və tumlarına üstünlük verir.

Yanaq kisələri, siçovulun yuvaya daşınması üçün gecədə bir neçə kiloqram qoz-fındıq yığmasına imkan verir. Yuva yan və təchizatı saxlamaq üçün olan otaqlardan, üstəlik uzun bir keçiddən ibarətdir. Qambiya sıçovulu cinsi yetkinliyə 5–7 aylığında çatır. Dişi hər doqquz aydan bir doğum gerçəkləşdirir. Hər doğum zamanı altı balaya qədər artım ola bilir. Erkəklər ərazilərini qoruyurlar. Erkəklər bir-birlərini gördüyü anda təcavüzkarlıq nümayiş etdirirlər.

Mina və vərəmi müəyyən etmə bacarığı[redaktə | mənbəni redaktə et]

Qambiya siçovulları minaları və vərəmli xəstələri qoxusu ilə aşkar edə bilirlər. Təlim görmüş siçovullar HeroRATS adlandırılırr. Siçovulların öyrədilməsi itlərdən daha ucuzdur; bir siçovulun təlimi 7000 ABŞ dollara, bir köpək örədilməsi isə təxminən 25 min dollara başa gəlir.

2020-ci ilin sentyabrında Maqava adlı bir təlim görmüş Qambiya sıçovulu Kambocada mina aşkarladığı üçün "Heyvana cəsarətinə və vəzifə borcuna sadiqliyinə görə" nüfuzlu PDSA qızıl medalı verilir. Maqava medal alan otuz heyvan arasından yeganə siçovuldur. Xidmət zamanı siçovul 39 mina və 28 partlamamış hərbi sursat aşkarlamışdır. Kambocada altı milyona qədər mina və partlamamış hərbi sursatın qaldığı təxmin edilir[6][7].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. van der Straeten, E.; Kerbis Peterhans, J.; Howell, K. & Oguge, N. (2008). "Cricetomys gambianus" Arxivləşdirilib 2018-10-07 at the Wayback Machine. IUCN Red List of Threatened Species. 2008. Retrieved 11 July 2009.CS1 maint: ref=harv (link)
  4. "Keeping and Caring for Gambian Pouched Rats as Pets". 2022-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-21.
  5. Olude, M. A. "The olfactory bulb structure of African giant rat (Cricetomys gambianus, Waterhouse 1840) I: Cytoarchitecture". Anatomical Science International. 89 (4). 2014: 224–231. doi:10.1007/s12565-014-0227-0. PMID 24469950.
  6. "Magawa the mine-detecting rat wins PDSA Gold Medal". 2022-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-21.
  7. "HeroRAT Magawa - PDSA Gold Medal". PDSA (ingilis). 2022-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-11.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]