Crinoid

Dəniz lalələri (lat. Crinoidea) — heyvanlar aləminin dərisitikanlılar tipinə aid heyvan sinfi.

Dəniz lalələri
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Sinif:
Dəniz lalələri
Beynəlxalq elmi adı

Dəniz dibinə təhkim olunmuş çətir, gövdə və köklərdən ibarət olan heyvanlar. Bədənin əsas hissəsi bir-birinə bitişən, müxtəlif saylı lövhəciklərdən təşkil olunmuş fincan (teka) içərisində yerləşir. Teka üzərində, adətən, 5 budaqlanan qol vardır. Tekanın aşağı hissəsi fincan, üst hissəsi-qolların əsasını təşkil edən disk, yaxud qapaq adlanır. Ağız dəliyi diskin ortasında, anal dəliyi mərkəzdən bir qədər kənarda, bəzən xortum üzərində yerləşir. Fincanın əsasından başlayaraq içərisindən ox kanalı keçən kalsium-karbonatlı buğumlardan təşkil olunmuş və kök şaxələri ilə substrata təhkim olunan gövdə yerəlşir. Bəzi nümayəndələrində gövdə olmur. Müasir nümayəndələri böyük dərinliklərdə məskunlaşırlar. Fosil halında çox vaxt gövdənin buğumları, nadir hallarda bütov fincanlar tapılır. Ordovik-müasir. Sinonim: Krinoidealar.