Cuneus Prophetarum (alb. Çeta e profetëve, Azərbaycanca sözbəsöz tərcüməsi — Müqəddəslərin həyatı) — alban filosof Pyeter Boqdaninin yazdığı fəlsəfi, ilahiyyat və elmi traktatı.[1] 1685-ci ildə Padua şəhərində alban və latın dillərində dərc olunmuşdur. Erkən alban ədəbiyyatının ən görkəmli əsəri sayılır.[2]
Cuneus Prophetarum | |
---|---|
alb. Cuneus prophetarum de Christo salvatore mundi et eius evangelica veritate, italice et epirotice contexta, et in duas partes diuisa a Petro Bogdano Macedone, Sacr. Congr. de Prop. Fide alumno, Philosophiae & Sacrae Theologiae Doctore, olim Episcopo Scodrensi & Administratore Antibarensi, nunc vero Archiepiscopo Scuporum ac totius regni Serviae Administratore. | |
| |
Müəllif | Pyeter Boqdani |
Orijinalın dili | Alban dili və İtalyan dili |
Orijinalın nəşr ili | 1685 |
Səhifə | 436 |
Vikianbarda əlaqəli mediafayllar |
Pyeter Boqdani Cuneus Prophetarum 1675-ci ildə bitirdi, amma xristian konqreqasiyası latın dilinə tərcümə olunmadığı üçün əsəri dərc etməyə imkan vermədi, On ildən sonra kitab Paduada kardinal Qreqorio Barbariqonun dəstəyi ilə nəşr olundu.[3]
Latın dilində tam adı — "Cuneus prophetarum de Christo salvatore mundi et eius evangelica veritate, italice et epirotice contexta, et in duas partes diuisa a Petro Bogdano Macedone, Sacr. Congr. de Prop. Fide alumno, Philosophiae & Sacrae Theologiae Doctore, olim Episcopo Scodrensi & Administratore Antibarensi, nunc vero Archiepiscopo Scuporum ac totius regni Serviae Administratore"
Albizzi ailəsinin dəstəyi ilə traktat müvafiq olaraq 1691 və 1702-ci illərdə italyan və alban dillərində yenidən nəşr edildi. İtalyanca adı — "L' infallibile verità della cattolica fede"