Reyunyon nəhəng tısbağası (lat. Cylindraspis indica) — nəhəng quru tısbağalarına daxil olan, nəsli kəsilmiş növ. Hind okeanında yerləşən Reyunyon adasının (Maskaren adaları) endemik canlısı olmuşdur. Balalarının və yumurtalarının ev donuzu və ev pişikləri tərəfindən yeyilməsi ilə nəsli tükənmişdir.
Reyunyon nəhəng tısbağası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Reyunyon nəhəng tısbağası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Avropalılara 1611-ci ildə məlum olmuşdur. Artıq yüz ildən sonra isə nadir növə çevrilir. 1728-ci ildə onlara ancaq adanın qərb sahillərində rast gəlinirdi. Artıq 1773-cü ildən onları aşkarlayan olmur. Bundan sonra adaya digər növlərdən olan tısbağalar gətirilir.