Dörd çinar məhəlləsi - Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən hesab olunan bu məhəllə tarixə qovuşduğundan onun dəqiq yeri haqqında məlumat yoxdur. Belə nəql olunur ki, Dörd çinar məhəlləsi çox kiçik - tərkibində bir neçə ev olduğuna görə zamanla Təzə məhəlləyə birləşmişdir.