Dördlər qurdu məhəlləsi

Dördlər qurdu məhəlləsiŞuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biri. Şəhərin şərq hissəsində yerləşir. Digər məhəllələr kimi bu məhəllədə də məscid, hamam, kiçik meydan və bulaq olmuşdur. Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından sonra məhəllənin XVIII əsrə aid memarlıq abidəsi olan 90 faizindən çox tikililəri məhv edilmişdir. Hazırda məhəllə yarım uçmuş vəziyyətdədir.