Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Dövlət Aqrar Ticarət Şirkəti Azərbaycan Respublikasının Kənd Təsəsrrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən Dövlət Aqrar Ticarət Şirkəti MMC 8 iyun 2018-ci il tarixində təsis edilmişdir. Şirkətin əsas məqsədi dövlətin həyata keçirdiyi aqrar siyasət konsepsiyasına dəstək olmaq, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının yerli və xarici bazarlara rahat, maneəsiz və rəqabətə dayanıqlı şəkildə çıxışını təmin edərək kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafına nail olmaq, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasını təmin etmək, bununla da ölkə iqtisadiyyatına töhfə verməkdən ibarətdir.
Dövlət Aqrar Ticarət | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | aqrar siyasət konsepsiyasına dəstək |
Təsis tarixi | 8 iyun 2018[1] |
Baş qərargahın yeri | Bakı, Azərbaycan |
Rəhbərlik | |
Təsisçilər | Leyla Məmmədova, Sərxan Sərxanov |
agrotrade.gov.az/az/abou… |
Bu məqsədlə şirkət fəaliyyətini kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdikləri məhsulların keyfiyyətinin artırılması və satışına dəstək məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi, mövcud kənd təsərrüfatı məhsullarının brendləşdirilərək qablaşdırılmasının təşkili, mövcud və alternativ satış kanallarından istifadə etməklə yerli fermer və qida məhsullarının satışına dəstək, o cümlədən Strateji Yol Xəritəsindən irəli gələn digər tədbirlərin icrasının təmini istiqamətində təşkil edir. Şirkət Azərbaycanda keçirilən "Organic Food Festival", Caspian Agro, Fransada keçirilən "SIAL" sərgisi, "Planete de Gout (Dad Festivalı)", Moskvada keçirilən "WorldFood" sərgisi kimi konfrans və tədbirlərdə iştirak etmişdir.[2]
"Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin direktoru Leyla Məmmədova, direktor müavini Sərxan Sərxanovdur.
"Dövlət Aqrar Ticarət Şirkəti" MMC öz fəaliyyətini aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirir:[3]
Ölkədə kənd təsərrüfatının inkişafı, kənd təsərüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişaf etdirilməsi, aqrar sahibkarlığın stimullaşdırılması, fermerlər üçün alternativ satış kanalları və gəlir mənbələrinin yaradılması, kənd təsərrüfatı sahəsində gender balansının təmin olunması və qorunması, gənclərin aqrar sahədə maarifləndirilməsi istiqamətləri üzrə şirkət tərəfindən bir sıra layihələrə start verilmişdir. Həyata keçirilən layihələrdə beynəlxalq təcrübədən istifadə etməklə, yerli bazar üçün real həllər yaratmaq əsas hədəf olmuşdur.
Layihənin əsas məqsədi də kəndli-fermerlərin bazara çıxışının asanlaşdırılması, yerli kənd təsərrüfatı məhsullarının qablaşdırılması və brendinqinin təşkili, müxtəlif satış kanalları ilə əlaqələndirmə və yeni satış kanallarının yaradılması, kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması və kənd təsərrüfatı məhsulları üzrə ticarətin asanlaşdırılmasından ibarətdir.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən Dövlət Aqrar Ticarət Şirkəti və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) –nu birgə layihəsi olan Aqrar Fəaliyyətli Azərbaycan Qadınları — AFAQ layihəsinin əsas məqsədi qısaca olaraq Kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan qadınların informasiya, bilik, resurs və bazarlara çıxış imkanlarının yaxşılaşdırılmasıdır.
Fermerə istehsal etdiyi kənd təsərrüfatı məhsulları üçün alternativ satış kanalları yaratmaq, bununla da kəndlərdə sosial-iqtisadi rifah halının artırılmasına, ölkədə kənd təsərrüfatının inkişafına dəstək olmaqdır. Bu məqsədlə həyata keçirilən layihələrdən biri də "Şəhərdən Kəndə" Aqroekoturizm layihəsidir. "Şəhərdən Kəndə" layihəsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən aqrar sahədə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən layihədir.
Layihənin əsas məqsədi fermerlərin maliyyə savadlılığının artırılması, məhsulların sertifikatlaşdırılması ilə onların dünya bazarına maneəsiz şəkildə çıxışının təmin olunması, gömrükdə "Yaşıl dəhliz" istifadəçilərinin sayının artırılması və fermerlərin məhsul satışında marketinq biliklərinin artırılmasından ibarətdir.