Dövlət Toxum Fondu (rus. Государственный Семенной Фонд) ölkədə məhsul istehsalçılarının yüksək məhsuldar toxumlara tələbatının dolğun şəkildə ödənilməsi məqsədilə yaradılıb
Dövlət Toxum Fondu | |
---|---|
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu | |
Fəaliyyəti | Kənd təsərrüfat |
Yaranma tarixi | 2 mart 2015-ci il |
Sədr | Sərxan Sərxanov |
dtf.gov.az |
“Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 mart tarixli 1081 nömrəli Sərəncamına əsasən yüksək məhsuldar toxumların istehsal və tədarükünün həyata keçirilməsi məqsədilə Dövlət Toxum Fondu yaradılmışdır.[1]
Fonda tədarük edilən toxumdan kənd təsərrüfatı məhsulları istehsalçılarını kənd təsərrüfatı bitkilərinin yüksək məhsuldar sortlarının toxumları ilə təmin etmək, təbii fəlakətə məruz qalan bölgələrdə bitki toxumlarına olan ehtiyacı ödəmək və daxili bazarda toxum çatışmazlığının qarşısını almaq məqsədilə istifadə olunur.
Təbii fəlakətin (sel, yanğın, quraqlıq və s.) nəticələrinin aradan qaldırılması ilə əlaqədar Fondda saxlanılan toxumdan istifadəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yol verilir.
Fondda saxlanılan toxumun satış məqsədilə istifadəsi alıcı tərəfindən onun dəyəri əvvəlcədən ödənildikdən sonra həyata keçirilir[3]
1. Saxlanılması nəzərdə tutulan toxum partiyasının üzərinə etiket yapışdırılır.
2. Toxumun üzərindəki etiketdə aşağıdakı məlumatlar qeyd edilir:
2.1. bitki;
2.2. sort (populyasiya, xətt, hibrid, valideyn forma);
2.3. kateqoriya (reproduksiyalı toxum nəsli üçün);
2.4. məhsul ili;
2.5. partiyanın nömrəsi (nəzarət vahidi);
2.6. fraksiyanın nömrəsi (kalibra olunmuş toxumlar üçün);
2.7. qablaşdırılmış vahidin kütləsi, netto;
2.8. toxumda olan qarışıqların faizlə miqdarı (“qarışıq toxum” partiyaları üçün);
2.9. toxumun mənşəyi;
2.10. dərmanlayıcının və zər (pərdə) əmələgətirən maddənin adı;
2.11. toxum sənədlərinin nömrəsi (daxilə qoyulmuş etiketdə göstərməmək olar);
2.12. qəbul olunmuş standartın işarə olunması;
2.13. toxumun qablaşdırılması tarixi.
3. Göstərilən məlumatlar müntəzəm olaraq qabın üzərində (kisədə, konteynerdə və s.), silinməyən boya və ya digər vasitələrlə yazılmalıdır. Bu etiket toxumun daxilinə qoyulmur. Qablaşdırılmış toxumun daxilinə qoyulan etiketdə ancaq bitkinin adı, sort və toxum partiyasının nömrəsi göstərilir.
4. Orijinal toxumlarda bənövşəyi, elit toxumlarda ağ, hibrid və 1-ci reproduksiyalı toxumlarda mavi, 2-ci reproduksiyalı və ondan sonrakı nəsillərdə qırmızı, qarışıq toxumlarda isə yaşıl rəngdə etiketlərdən (yarlıklardan) istifadə olunur.
5. Dərmanlanmış və qablaşdırılmış hər bir toxumun üzərinə “Dərmanlanmışdır! Zəhərlidir!” xəbərdaredici qeyd yazılır. Belə toxumlar təcrid olunmuş binalarda müvafiq sanitar qaydalara əməl edilməklə saxlanılır.[3]