Dövlət bankının binası (Rostov-na-Donu)

Dövlət bankının binasıRostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sokolov prospekti, ev 22a ünvanında yerləşən bina. Bina Marian Marianoviç Peretyatkoviçin layihəsi əsaaında 1913–15-ci illər ərzində inşa edilmişdir. İlk əvvəllər binada Rusiya imperiyasının dövlət bankı yerləşir. Hazırda isə binada Sentrbankın filialı yerləşir. Bina neoklassizm stilində inşa edilmişdir[1]. Dövlət bankının binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir[2].

Dövlət bankının binası
rus. Здание Государственного банка
Xəritə
47°13′20″ şm. e. 39°43′19″ ş. u.HGYO
Ölkə  Rusiya
Şəhər Rostov-na-Donu
Tikilmə tarixi 1915
Memar Marian Marianoviç Peretyatkoviç
Memarlıq quruluşu neoklassizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Binanın köhnə binası

XX əsrin əvvəllərində Dövlət bankının binaası Bolşoy Sadovnaya küçəsi, Srednı prospektində yerləşirdi. Bir müddət banka artıq bu bina dar gəlirdi. Bu səbəbdən onlar bina kirayələməyə məcbur qalmışdılar. Bundan sonra bank məsulları yeni binanın inşasını qərara alır.

Binanın layihəsini arxitektor Marian Marianoviç Peretyatkoviç hələ 1910-cu ildə işləyib hazırlamışdı. Tikinti işlərinə S. V. Polipin rəhbərlik edirdi. Ancaq bir müddət sonra tikinti sürəti səbəbindən işdən çıxarılmışdır. Bu zaman Peretyatkoviç özünə köməkçi olaraq P. A. Taraçkovu götürür. Texniki-konsultant isə A. P. Butkov götürülür.

1912-ci ildə Peretyatkoviç işə rəhbərlik etmək məqsədilə Rostov-na-Donuya gəlir. Artıq bu zamana kimi binanın köhnə binası sökülmüşdü. Tikinti işlərinə payızın sonlarından baxlanılması planlaşdırılsada güçlü şaxtalar səbəbindən 1913-cü ilin yazına qədər təxirə ssalınır. Təkəlqolma mərasimi 28 aprel 1913-cü ildə təşkil edilir. Tikinti işləri 1915-ci ildə bitmişdir[3]. Binanın fasadı hazır ki, Sovetlər meydanına baxır.

Sovet hakimiyyəti qurulduqdan sonra bina milliləşdirilmişdir[4]. 1920-ci illərdə binanın cənub-şərq hissəsi artırılmışdır. Üstəlik üstəlik mənzillər təşkil edilmişdir. Bina İkinci Dünya müharibəsi zamanı zərər görməmiş yeganə bina olmuşdur. Bərpalar zamanı neoklassizm[5] stilində inşa edilmişdir.

1950-ci illərdə binanın önündə olan Rusiya imperiyasının ikibaşlı qartal gerbi, sovet gerbi ilə əvəzlənmişdir.

Üç mərtəbədən ibarət olan bina U şəkilli formaya malikdir. Üstəlik Sovetlər prospektinin ən görməli yerlərindən biridir.

  1. Г.В. Есаулов. "Традиции классицизма в архитектуре Юга России (XVIII–начало XX веков)". niitag.ru. 2013-09-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-26.
  2. "Rostov-na-Donu". Rostov vilayətinin rəsmi saytı. 2013-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-28.
  3. "Проект и строительство конторы Госбанка". math.rsu.ru. 2013-09-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-30.
  4. Татьяна Степаничева. "Улица Садовая". mebel-ug.ru. 2013-09-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-29.
  5. "Площадь Советов". math.rsu.ru. 2013-09-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-27.