Dövlət qulluqçusu

Dövlət qulluqçusu — müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız dövlət büdcəsi vəsaitindən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən dövlətinə sadiq olacağına and içən vətəndaşdır[1].

Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququ vardır.[2][3] Namizədlərin bakalavr diplomunun olması vacib şərtdir.[4]

Hər il iyunun 23-ü Azərbaycan Respublikasında Dövlət Qulluqçularının Peşə Bayramı kimi qeyd edilir.[5]

  1. ""Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasın 21 iyul 2000-ci il tarixli, 926-IQ nömrəli Qanunu. e-qanun.az". 2023-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-17.
  2. "Dövlət qulluğu haqqında" (PDF). 2022-08-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-06-23.
  3. "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" (PDF). 2024-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-06-23.
  4. "Dövlət qulluğu nədir və kimlər dövlət qulluqçusu ola bilər ?". 2024-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-23.
  5. "Dövlət qulluqçularının peşə bayramı gününün təsis edilməsi haqqında sərəncam". 2024-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-23.