Dövlət sərhəd keçid məntəqəsi

ABŞMeksika sərhədi arasında yerləşən San Dieqo-Tijuana dövlət sərhəd keçid məntəqəsi dünyanın ikinci ən işlək dövlət sərhəd keçid məntəqəsidir.

Dövlət sərhəd keçid məntəqəsi və ya gömrük buraxılış məntəqəsi əsasən iki ölkənin sərhəd məntəqələrində sərnişinlərin və malların keçidinə nəzarət etmək məqsədilə yaradılmış olan məntəqələrdirlər. Hər hansısa bir ölkənin dövlət sərhədlərinə daxil olmaq üçün adətən keçid icazəsi tələb edilir. Gömrük buraxılış məntəqələri sərhədlərin müəyyən ərazilərində və yaxud da az sayda məntəqələrdə yerləşdirilir. Keçid məntəqələrindəki nəzarət bir tərəfdən Şengen razılaşması kimi razılaşmalarla yumşaldıldığı halda, digər tərəfdən isə, gömrükimmiqrant hərəkətliliyi səbəbindən ağırlaşdırılır.

Nəzarət-buraxılış məntəqələri əsasən iki məqsəd üçün yaradılır:

  • Arzuolunmaz şəxslərin (cinayətkarların, dövlətin təhlükəsizliyini təhdid edən şəxslərin və s.) və ölkəyə girişinə qadağa qoyulmuş olan şəxslərin keçməsinin qarşısını almaq.
  • Qeyri-qanuni, məhdudiyyətlərə məruz qalan və yaxud da keçirilməsi gömrük rüsumu tələb edən məhsulların keçirilməsinin qarşısının alınması.