Dövlət sifarişi

Dövlət sifarişi – ümumi işlәrin içra olunmasına dair hökumət tərəfindən verilәn tapşırıqdır.

Dövlətin tәsdiq etdiyi və ya qəbul etdiyi proqramlara uyğun olaraq dövlәt büdcәsi vәsaiti ilə maliyyәlәşdirilir.

Sifarişin tәsәrrüfat fәaliyyәti bütün sferalarda әn mühüm dövlәt tәlәbatlarının ödәnilmәsini tәmin edir.

Sәnaye istehsalı sahәsindә zәruri ümumdövlәt tapşırıqlarının, tәdqiqatlar vә işlәmәlәr sahәsindә, elmi-texniki proqramların, ictimai-sosial sferada vә ölkәnin müdafiә qabiliyyәtinin güclәndirilmәsi yönündә işlәrin yerinә yetirilmәsinә zәmanәt verir.

Dövlət sifarişi tәsәrrüfat әlaqәlәrinin birbaşa olaraq tәnzimlәnmәsi forması kimi başa düşülür.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Mәrkәzlәşdirilmiş şәkildә planlaşdırılan iqtisadiyyatda Dövlət sifarişi yuxarı orqan tәrәfindәn müәssisәyә və ya birliyә verilәn icbari olaraq onun istehsal planına salınan tapşırıqdır.

İnkişaf etmiş bazar iqtisadiyyatı ölkәlәrindә Dövlət Sifarişi, bu vә ya digәr mәhsulun istehsalı üzrә dövlәt nümayәndәlәri ilә müәssisәlәr arasında müsabiqә әsasında bağlanmış müqavilә kimi başa düşülür.

Sifarişin icraçılarına hәm dövlәt müәssisәlәri, hәm dә digәr mülkiyyәt formaları, özәl və ya sәhmdar çəmiyyətlərə malik tәsәrrüfat subyektlәri aid edilir.

Dövlət sifarişindә davamlı maliyyәlәşmә nәzәrdә tutulduğundan icraçı üçün sәrfәli olur, bu sәbәbdәn Dövlət sifarişi bir çox halda lobbiçilik, hәmçinin potensial icraçılar arasında sәrt rәqabәt predmetinә çevrilir.

Mənbə[redaktə | mənbəni redaktə et]

Azərbaycan Milli Ensiklopediyası