Dövlətyar xan Siyahmənsur (fars. دولت یار خان سیاه منصور; ?-1592) — Qiyamçı.
Sultaniyyə, Sücas və Zəncan vilayətlərində siyahmənsur adlı kürd tayfası məskən saldı. Onlar Səfəvi ordusunun arxa cəbhəsini möhkəmləndirmək üçün Xorasandan bura köçürülmüşdülər. İki dövlət arasında müəyyən edilmiş yeni sərhədi qorumaq da onlara tapşırılmışdı. Həmzə mirzə Səfəvinin ölümündən sonra yaranmış qarışıq vəziyyətdən istifadə edən bu tayfanın başçısı Dövlətyar xan Səfəvilərə tabe olmaqdan boyun qaçırdı. Sədçasda qala tikdirərək oraya xeyli ərzaq və sursat topladı. Hətta I Şah Abbasın Qəzvində olmasından istifadə edən Dövlətyar xan öz ərazisini genişləndirməyə çalışdı, lakin onun bu cəhdi baş tutmadı. O, azərbaycanlıların köməyindən istifadə edə bilmədi. Onu əhatə edən "qiyamçı kürdlər" karvanların və tacirlərin sərbəst hərəkət etmələrinə ciddi mane oldular. 1592-ci ildə şah Qəzvində olarkən Dövlətyar onun yanına gəlmədi. I Abbas ona qarşı qoşun göndərdi, Dövlətyar əsir alınıb Qəzvinə gətirildi və orada siyahmənsur tayfasının digər başçıları ilə birlikdə edam edildi.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |