Döymənc — Azərbaycan mətbəxinə xas olan məzədir. Əsasən Azərbaycanın şimal-qərb zonasında (Qəbələ, Şəki və s.) hazırlanır.
Alçaları yuyub kubik şəklində doğrayın (əsl döyməncdə əzilməlidir). Sarımsağı, reyhanı və keşnişi çox xırda şəkildə doğrayıb alçaya əlavə edin. Sonra üzərinə duz əlavə edin və hamısını biryerdə qarışdırın.