Dünya Ağalarova

Dünya Ağalarova Əkbər qızı (12 dekabr 1906, Şamaxı - 15 avqust 1981) – Azərbaycanın ilk geolog qadını, professor (1965). [1]

Dünya Ağalarova
Dünya Ağalarova Əkbər qızı
Doğum tarixi
Doğum yeri Şamaxı
Vəfat tarixi (74 yaşında)
Atası Əkbər Ağalarova
Elmi adı professor (1965)

Dünya Ağalarova 12 dekabr 1906-cı ildə Şamaxı şəhərində anadan olmuşdur. Dünya Ağalarova 1932-ci ildə Azərbaycan Neft İnstitutunun geoloji şöbəsini bitirmişdir. Ağalarova Azərbaycanın neftli-qazlı vilayətlərinin pliosen çöküntülərinin mikrofaunasını öyrənməyə başlamış ilk alim-paleontoloqlardandır.[1]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Dünya Ağalarova tələbə olduğu dövrdə-1930-cu ildə Azərbaycan Neft İnstitutunda mikrofauna üzrə laborant kimi işləməyə başlamışdır. 1949-1951-ci illərdə Ağalarova Elmi-Tədqiqat Geoloji-Kəşfiyyat Neft İnstitutunda və Neft Texnikumunda müəllim işləmişdir. 1951-1954-cü illərdə Dünya Ağalarova Türkmənistan Elmlər Akademiyası Geologiya İnstitutuna çalışmış və həmçinin orada paleontolgiya şöbəsinə rəhbərlik etməklə yanaşı, Türkmənistan Dövlət Universitetində paleontologiyadan mühazirələr oxumuşdur. O, 1954-cü ildə Bakıya qayıdır və neft çıxarılması üzrə AzETİ-də böyük elmi işçi işləyir. 1960-cı ildən ömrünün sonuna kimi stratiqrafiya laboratoriyasına rəhbərlik etmişdir.

Onun məhsuldar qatın mikrofaunistik xarakteristikası üzrə tədqiqatları böyük əhəmiyyət daşıyırdı. O, məhsuldar qatı bir sıra horizontlara bölməyə, mikrofaunada endemik formaları ayırmağa, məhsuldar qatın formalaşması əsrində hövzənin bionomik şəraitini və paleocoğrafi vəziyyətini səciyyələndirməyə müvəffəq olmuşdur. Ağalarova tərəfindən məhsuldar qatın, pontun, akçaqılın mikrofaunalarını, sonralar daha qədim çöküntüləri çox dəqiq öyrənməsi onu bir-birindən uzaq olan kəsilişlərdəki eyni yaşlı çöküntüləri korrelyasiya etmə ideyasını gətirdi.

Dünya Ağalarova öz tədqiqatları ilə kaynozoyun stratiqrafik sxeminə əhəmiyyətli düzəlişlər gətirdi. Qazılmaqda olan quyularda qazmanı saxlamadan onlardan çıxan gil məhlulunun mikrofaunasını öyrənmək ideyası da Dünya Ağalarovaya məxsusdur ki, bundan da böyük iqtisadi səmərə əldə edilmişdir. Ağalarova mikrofaunanı öyrənərkən foraminifer və ostrokodların filogensiyasını korrelyasiyasına, inkişafına və məhvinə, dəyişkənliyinə aid olan praktiki və nəzəri məsələləri həll edirdi. Azərbaycan və Türkmənistan mezokaynozoyunun mikrofaunasının 50 il ərzində öyrənilməsinin nəticələri onun monoqrafiyalarında, məqalələrində və soraq kitabçalarında öz əksini tapmışdır.[1]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1941-ci ildə aspiranturanı bitirərək "Azərbaycan SSR-nin palçıq vulkanlarının sopka brekçiyaları verən süxurlarının yaş məsələlərinə dair" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
  • 1955-ci ildə "Azərbaycanın məhsuldar qatının mikrofaunası, onu örtən və altda yatan çöküntülər" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.[1]
  1. 1 2 3 4 A.Svetlana. "Azərbaycanın geoloq və geofizik alimləri". Bakı: Nafta-Press. 2004. səh. 18-19.