Dünya Başqırdlar Qurultayı (başq. Бөтә донъя башҡорттары ҡоролтайы) — başqırdların birliyi; ictimai qurumların etnik və mədəni inkişafını qarşılamaq və problemləri gündəmə gətirmək üçün hazırlanmış beynəlxalq qurumlarla əməkdaşlıq quran bir təşkilat. Baş qərargahı Ufa şəhərində yerləşir.
İndiyə kimi 4 Qurultay keçirilmişdir.
I Dünya Başqırdlar Qurultayı 1-2 iyun 1995-ci ildə Ufada keçirilmişdir[2]. Həmin qurultayda Başqırdstandan, Rusiya Federasiyasının 28 subyektindən və 19 xarici ölkədən ümumilikdə təxminən 800 nümayəndə iştirak etmişdir. Qurultay 10 bölmə üzrə keçirilmişdir. Qurultayda Başqırdıstan dövlətçiliyinin gücləndirilməsi və konstitusiya məsələləri, Başqırdıstan və Başqırdıstanın sosial-iqtisadi, siyasi və milli-mədəni inkişafı, respublikanın hüdudlarından kənarda yaşayan başqaları ilə əlaqələr qurmaq və inkişaf etdirmək və sair məsələlər müzakirə olunmuş, beynəlxalq təşkilatlara müraciətlər qəbul edilmişdir.
II Dünya Başqırdlar Qurultayı 14-15 iyun 2002-ci ildə Ufada keçirilmişdir[3]. Həmin qurultayda Başqırdstandan, Rusiya Federasiyasının 33 subyektindən və 19 xarici ölkədən ümumilikdə təxminən 800 nümayəndə iştirak etmişdir. Qurultay 12 bölmə üzrə keçirilmişdir.
III Dünya Başqırdlar Qurultayı 10-11 iyun 2010-cu ildə Ufada keçirilmişdir. Həmin qurultayda Başqırdstandan, Rusiya Federasiyasının 35 subyektindən və 18 xarici ölkədən ümumilikdə təxminən 850 nümayəndə iştirak etmişdir. Qurultay 12 bölmə üzrə keçirilmişdir.
IV Dünya Başqırdlar Qurultayı 21 noyabr 2015-ci ildə Ufada keçirilmişdir.
Qurultay İcraiyyə Komitəsindən və 9 komissiyadan ibarətdir.