Dünya Hicab Günü

Dünya Hicab Günü — 2013-cü ildə Nəzmə Xan tərəfindən təsis edilmiş hər il keçirilən gün.[1] Tədbir hər il fevralın 1-də dünyanın 140 ölkəsində keçirilir.[2] Məqsəd bütün dinlərdən olan qadınları hicab geyməyə həvəsləndirməkdir. Tədbirin təşkilatçıları bu günü qeyri-müsəlman qadınlara hicabla yaşamağa imkan yaradan gün kimi dəyərləndirirlər.[3]

Bu gün dünya üzrə 1 milyona yaxın qadına hicab barədə məlumatlar verilir və onlar müxtəlif tədbirlərdə iştirak etməyə dəvət edilir.[4]

Tənqidi yanaşmalar

[redaktə | mənbəni redaktə et]

Feminist fəal Asra Nomani, "Müsəlman qadınlar olaraq, əslində, dinlərarası həmrəylik adına hicab taxmamağınızı xahiş edirik" deyərək, "Bu müasir hərəkat siyasi İslam ideologiyasını yayır." deyə qeyd etmişdir.[5]

Digər müsəlman islahatçı Məcid Navaz bu günü "müasir müsəlman cəmiyyətlərinə hakim olmaq üçün mühafizəkar müsəlmanlar tərəfindən yaxşı maliyyələşdirilən bir səy" kimi tənqid edir və hadisənin, baş örtüyünün həmişə könüllü olaraq istifadə edildiyini göstərən "yanlış təfsiri" yaydığını qeyd edərək bildirir ki, "hicab" bütövlükdə yaylıq mənasına gəlir.[6] O, həmçinin bu tədbiri "keçmişdən qalmış yanaşmadan daha betər" adlandırmaqla, təklif edirdi ki, adı dəyişdirilərək "Hicab seçim günüdür" adlandırılsın.[7]

2018-ci ildə Kanadalı insan hüquqları müdafiəçisi Yasmine Məhəmməd, hicabın aradan qaldırılması üçün dövlət senzurasına və dövlətə qarşı olan qadınları təbrik etmək üçün #HicabGününəYox kampaniyasına başladı.[8] O qeyd edirdi ki,

Hicab Gününə Yox hicabdan azad olmaq istəyən dünyanın cəsur qadınlarını dəstəkləmək günüdür. Başlarına nə geymək istəyib-istəmədiklərinə özləri qərar vermək istəyən qadınlarını. Hicabı çıxardığına görə qadınları həbs edən qadın düşməni hökumətlərə; qadınları cəmiyyətdən təcrid edən, təhqir edən və hətta onların ölümünə səbəb olan ailələrə və cəmiyyətlərə qarşı mübarizə aparan qadınlarını.[9]
  1. "World Hijab Day - Better Awareness. Greater Understanding. Peaceful World". 2016-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 September 2016.
  2. Participating Countries. "Worldwide Support". World Hijab Day. 2016-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-06.
  3. "World Hijab Day". Facebook.com. 2016-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-06.
  4. "1 Fevral - Beynəlxalq Hicab günüdür". 2019-02-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-18.
  5. As Muslim women, we actually ask you not to wear the hijab in the name of interfaith solidarity
  6. Nomani, Asra Q. "As Muslim women, we actually ask you not to wear the hijab in the name of interfaith solidarity". The Washington Post. 2015-12-21. 2016-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-06.
  7. Maajid Nawaz. "The Great Hypocritical Muslim Cover-Up". The Daily Beast. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-06.
  8. "'Removing your hijab can get you killed – even in the West'". spiked. 2 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 February 2019.
  9. Mohammed, Yasmine. "Support Muslim women in fight against hijab". Toronto Sun. 2 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 February 2019.