Dünya Poeziya Günü — 21 mart tarixində qeyd olunan, 1999-cu ildə YUNESKO tərəfindən şeir ifadəsi ilə dil müxtəlifliyini dəstəkləmək və nəsli kəsilməkdə olan dillərə kömək imkanını yaratmaq məqsədilə elan edilmişdir. Məqsəd şeirin oxunmasını, yazılmasını, nəşrini və tədrisini bütün dünyada təbliğ etmək və YUNESKO-nun orijinal bəyannaməsində deyildiyi kimi "milli, regional və beynəlxalq şeir hərəkatlarına yeni bir tanıma və təkan vermək".[4]
Dünya Poeziya Günü | |
---|---|
Qeyd olunmağa başlayıb | 2000[1][2] |
Həsr olunub | poeziya[3] |
Başlayır | 1999 |
Tarix | 21 mart[3] |
unesco.org/en/days/poetr… | |
Vikianbarda əlaqəli mediafayllar |
Parisdə YUNESKO-nun iqamətgahında 2021-ci ildə Ümumdünya poeziya günü böyük Makedoniyalı şair, yazıçı, ədəbi tərcüməçi və linqvist Blaje Koneskinin anadan olmasının 100 illiyinin qeyd olunmasına həsr olunmuşdur.[5] Eyni zamanda, Böyük Britaniyanın şairəsi Kerol Enn Daffi 2021-ci il üçün Struga Poeziya Axşamları "Qızıl Çələng" mükafatının laureatı elan edilib.[6]
Dünya Poeziya Günün məqsədi milli, regional və beynəlxalq poetik hərəkata yeni impuls vermək və dünyadakı dil müxtəlifliyini təşviq etmək və yox olmaqda olan dilləri poeziya vasitəsilə dəstəkləməkdir. Dünya Poeziya Günü UNESCO tərəfindən 1999-cu ildə təsis edilib.
Azərbaycanda “Dünya Poeziya Günü” 2007-ci ildən etibarən qeyd olunur. Məqsəd poeziya sənətini təbliğ etmək, şeiri insanlara sevdirmək, xalqları ədəbiyyatın bu janrı ilə bir-birinə yaxınlaşdırmaqdır.[7]