Dünya saqqal və bığ çempionatı

2007-ci ildəki yarışın qaliblərindən biri.

Dünya saqqal və bığ çempionatı — qeyri-adi yarış növü. İştirakçılar bığ və saqqallarının uzunluğu, eləcə də, stili ilə yarışırlar.

Birinci yarış 1990-cı ildə Almaniyanın Höfen-an-der-Ents qəsəbəsində baş tutmuşdur.[1] 2025-ci ildəki yarış İngiltərənin Bristol şəhərində baş tutacaq.

Yarışın bığ, tam saqqal, yarım saqqal kimi kateqoriyaları var.

  1. Galvan, Javier A. They Do What ? A Cultural Encyclopedia of Extraordinary and Exotic Customs from around the World. ABC-CLIO. 2014. 341.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]