Dünya təsərrüfatı— dünya ölkələrinin milli təsərrüfatlarının qarşılıqlı əlaqədə olan sistemidir. Onun əsasını beynəlxalq coğrafi əmək bölgüsü, müxtəlif iqtisadi və siyasi münasibətlər təşkil edir. Dünya təsərrüfatı beynəlxalq əlaqələrin və dünya bazarının inkşafı nəticəsində yaranmışdır. Dünya təsərrüfatının yaranmasında üç tarixi mərhələ ayırmaq olar:
1. Dünya bazarının yaranması. Böyük Coğrafi kəşlər dövründən sonra Qərblə Şərqin əlaqələrinin genişlənməsi dünya ticarəti mərkəzlərinin bütün regionları əhatə etməsi.
2. Nəqliyyatın ,xüsusilə, dəniz nəqliyyatının inkşafı və onun nəticəsində bütün materiklərin və dövlətlərin iqtisadi əlaqələrinin artması XIX əsrin ikinci yarısından sonra beynəlxalq ixtisaslaşmanın və beynəlxalq ticarətin inkşafı.
3. İrimaşınlı sənayenin inkşafı. Kapitalizmin artmaqda olan təlabatını ödəmək üçün yeni resurs bazalarının əldə edilməsi və hazır məhsulun satışı üçün səmərəli bazarların yaradılması, dövlətlərarası iqtisadi və siyasi əlaqələri artırdı. Milli dövlətlərin təcrid olunmuş milli təsərrüfatlarına son qoyuldu, vahid dünya təsərrüfatı yaranmağa başladı [1].
Bu məqalə qaralama halındadır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. Əgər mümkündürsə, daha dəqiq bir şablondan istifadə edin. |