Bu məqaləni vikiləşdirmək lazımdır. |
Dünyamın mərkəzi - Yakob M. Ervanın rejissorluğunda 2016-cı il romantik dram filmi.
Dünyamın mərkəzi | |
---|---|
Die Mitte der Welt | |
Janr | dram filmi, LGBT mövzulu film[d] |
Rejissor | Yakob M. Erva |
Prodüser | Boris Schönfelder |
Ssenari müəllifi | Yakob M. Erva |
Baş rollarda |
|
İlk baxış tarixi |
10 noyabr, 2016 (Almaniya) 11 noyabr, 2016 (Avstriya) |
Filmin digər adı | Centre of My World |
Müddət | 115 dəqiqə |
Ölkələr | Almaniya, Avstriya |
Dil | Almanca |
İl | 2016 |
Rəng | Rəngli |
IMDb | ID4932154 |
Vikianbarda əlaqəli mediafayllar |
17 yaşındakı Fil yay düşərgəsindən qayıdaraq anası Qras və bacısı Dayan ilə birlikdə yaşadığı Visibleyə qayıdır. Filin ailəsini qəribə olaraq qəbul edən qəsəbənin digər sakinlərinin ailə ilə, demək olar ki, ünsiyyəti yoxdur ( Dayanın heyvanlarla danışdığı iddia olunur). Ancaq Fil üçün həmişə yaxşı tövsiyələri olan Tereza tez-tez onları ziyarətə gəlir. Fil anası ilə bacısı arasında nəyinsə dəyişdiyini və bir-birləri ilə danışmadıqlarını fərq edir. Fil yayın son günlərini yaxın dostu Kat ilə keçirdir. Məktəb başlayanda isə sinfə təzə oğlan - Nikolas gəlir. Tezliklə Fil ilə Nikolas arasında ehtiraslı sevgi başlayır. Amma Fil Nikolasın onun haqqında nə düşündüyünü dəqiqləşdirə bilmir. Sonrasında Katın Nikolasla Filə xəyanəti onu çox sarsıdır. Beləliklə dünyasının mərkəzini tapmaq Filin ən böyük mübarizəsi halına gəlir.