Düyü qazmağı

Düyü QazmağıPlov süfrəyə düzülərkən üzərinə qazmaq düzülür.

Düyü Qazmağı
Aid olduğu milli mətbəxlər
Müəllif Türk xalqları
Tərkibi
Əsas
Təfərrüatları
Tipi düyü plovu

Hazırlanma texnologiyası

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda düyü plovunun bir növü süzülüb sonradan dəmə qoymaqla hazırlanır. Bu üsülla hazırlanan plov süzmə plov adlanır. Yuyulub suyu süzülmüş düyü əvvəlcə islağa qoyulur, sonra isə duzlu suda bir az qaynadılır, süzülür və təpə şəklində qalaq-qalaq qazmağın üzərinə yığılır, zəfəran vurulur və yağ əlavə olunur. Düyü dəmə qoyulur. Düyünün altına qoyulan qazmaq bişərkən qızılı rəngə çalır və xırçıldayır. Əgər qazmaq əvəzinə düyünün altına ət qoyularsa buna "döşəmə plov" deyilir. Plov süfrəyə verilərkən üzərinə qazmaq düzülür. Qazmağı düyünün özündən, yağlı xəmirdən, nazik yuxadan, hətta dairəvi kartof dilimlərindən də hazırlamaq olar. Düyüdən hazırlanan qazmağı zənnimcə çox bəyənəcəksiz. Şəkildə gördüyünüz şüyüdlü plovun üzərindəkı məhz düyü qazmağıdır.

Bişmiş düyü qatıq və yumurta ilə çalınır, üzərinə zəfəran dəmləməsi əlavə olunur. Əgər zəfəran olmasa sarıkök tozu ilə əvəz etmək olar. Bu üsulda qazmaq qızılı rəngdə olur və yumşaq alınır. Bir şeyi yadda saxlamaq lazımdır ki, bu reseptə görə qazmaq daha zərif alınır. Lakin narahat olmağa dəyməz, qazmağın içərisi yumşaq, üstü qismən xırçıldayan olur. Bəzən qalın qazmaq da hazırlanır. Reseptdəki ərzaqların qədərini artırmaqla qalın qazmaq hazırlamaq olar. Təqdim etdiyim reseptdəki ingridientlərin miqdarına görə 23 sm genişliyində qazandan istifadə etmişəm. Əgər böyük qazandan istifadə edəcəksinizsə qazmaq üçün ərzaqları da ona uyğun müəyyən edin.

1 st yarım (bu, çiy düyünün miqdarı deyil!) qaynadılıb süzülmüş düyü bir qabın içinə tökülür, üzərinə 4 xörək qaşığı qatıq və ya xama,1 yumurta,1 cimdik duz əlavə olunur. 1 çay qaşığı döyülmüş sarıkök qatılır və bütün ərzaqlar qarışdırılır. Sarıkök əvəzinə zəfəran da qatmaq olar. Bunun üçün bir çimdik zəfəran telini həvəngdəstə ilə döyüb, toz halına salıb sonra 1 xörək qaşığı qaynar suda həll edib, dəmləmək lazımdır. Alınmış cövhər düyü, yumurta qarışığının üzərinə əlavə edib yüngülcə qarışdırılır.

23 sm genişliyində qazanın dibində 3–4 xörək qaşığı yağ əridilir. (Düyü bu qazanın içində dəm alacaq). Yumurta düyü qarışığı kəfgir qaşıqla götürülür və qazanın dibinə, əridilmiş yağın üzərinə bərabər şəkildə yayılır. Yüngülcə özünü tutması üçün qapaq qoyulmadan və qarışdırılmadan bir neçə dəqiqə aşağı dərəcədə ocağın üzərində bişirilir ki, özünü tutsun. Asan olsun deyə əvvəlcədən qazmaq taxta qaşıqla 8 hissəyə kəsilərək bölünür. Sonra plov düyüsü qazmağın üzərinə əlavə olunur və plov dəmə qoyulur. Süfrəyə verərkən qazmaq hissələrə bölünüb plovun üzərinə düzülür.