Düzləndirici

Düzləndirici — elektrik enerjisinin çeviricisi; dəyişən cərəyanı sabit cərəyana çevirmək üçün nəzərdə tutulmuş mexaniki, elektrovakuum, yarımkeçirici və ya digər cihazdır.

Əksər düzləndiricilər sabit deyil, pulsasiya edən cərəyan yaradır; dalğaları hamarlamaq üçün filtrlər istifadə olunur.

Əks funksiyanı yerinə yetirən cihaz — sabit cərəyanı dəyişən cərəyana çevirən — invertor adlanır.