Dəşt mahalı

Dəşt mahalıUrmiya xanlığına bağlı məntəqələrdən biri.

Dəşt mahalının ərazisi əsasən dağlıq və təpəliklərdən ibarətdir. O, cənubdan Mərgəvər, şərqdən Urmiya gölü, şimaldan Bərrə, Rövzə mahalı, qərbdən Mirşeyxi və Zərinə çayları ilə həmsərhəddir. Mahalın dərələrindən və düzənliklərindən bir sıra çaylar, çeşmələr axır. XVIII və XIX əsrlərdə mahal bəyləri Bərdəsur kəndindəki qalada yaşayırdılar. Dəştin dağlarında bir neçə tayfa, o cümlədən Hərgi adlı kürd əşirəti yaşam sürürdü. Onlar qışda Amadi vadisinə köçürdülər.